Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görünüşü, dadı və ətri ilə seçilən Ordubad əriyi

Ordubad, 13 iyul, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubad tarixən meyvəçiliyin inkişaf etdiyi məkan kimi tanınıb. Hələ XVIII əsrdə Naxçıvan xanlığı dövründə Ordubadın bağlarında yetişən şaftalı, gilas, albalı, alça, gilənar, gavalı, cəviz, ərik və digər meyvələr bütün Qafqazda tanınıb.

Ümumiyyətlə, XVIII əsrin son onilliyində Ordubad rayonunda 1386 bağ olub, onlardan 193-ü böyük sahələri əhatə edib. Ordubad əriyi də məhz həmin dövrlərdə daha çox şöhrət qazanıb. Bununla bağlı “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində yazılır ki, həmin dövrdə Ordubad əriyi yüksək xüsusiyyətlərinə görə Cənubi Qafqazın ərik növləri içərisində ən üstün pilləyə yüksələn meyvə növü sayılırdı. Hər il orta hesabla Ordubaddan Tbilisiyə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı.

Tarixi sənədlərdə bölgədə yetişdirilən 40 ərik növünün adı çəkilir. Bunların əksəriyyəti Ordubad əyalətinin Xanağa, Dəstə, Vənənd, Ağrı, Dizə, Düylün kəndlərində, xüsusən Vənəndçay sahillərində, eləcə də Naxçıvan ətrafında bağçılıq təsərrüfatlarında yetişdirilirdi.

Ordubad rayonun yaşlı sakinlərindən, ziyalı Südeyif Hacıyev, təcrübəli bağban Əbdül Haşımov, aqronom İsrafil Məmmədov, qocaman təsərrüfatçı İmran İbrahimov və başqaları bizimlə söhbətində Ordubadda ərik sortlarının çox olduğunu bildirdilər. Qeyd etdilər ki, yerli ərik sortları şirin olduğuna görə ondan yemək, qurutmaq və müxtəlif konserv məmulatlarının hazırlanmasında istifadə olunur.

Öyrəndik ki, Ordubadda yaradılmış əriyin “Ağ növrəstə” sortu hazırda muxtar respublikanın əksər yerlərində, o cümlədən Şərur rayonunun Çərçiboğan, Maxta, Dəmirçi, Babək rayonunun Zeynəddin, Şıxmahmud, Qoşadizə, Şəkərabad, Kəngərli rayonunun Xok, Qarabağlar, Yurdçu, Xıncab və Şahtaxtı kənd¬lərində də yetişdirilir. Meyvəsi xırda, qabığı qalın, tüklü, ağ-sarımtıl, bir tərəfi çəhrayı olub, ləti ağ, şirin, ətirsizdir. Çəyirdəkdən çətin ayrılır. Toxumunun ləpəsi şirin və yeməlidir. Bu ərik növünün meyvələri iyul ayında yetişir. Bir ağacdan 175-200 kiloqram məhsul götürmək mümkündür.

Ordubadda daha çox yetişdirilən ərik sortlarından biri də “Haqverdi” növüdür. Çox qədimdən becərilən bu sort bölgənin Aza, Nüsnüs, Gənzə, Dəstə, Şərur rayonunun Kərimbəyli, Dərvişlər, Xanlıqlar, Babək rayonunun Kültəpə, Tumbul, Didivar kənd¬lərində geniş şəkildə əkilib-becərilir və inkişaf etdirilir. Ağacı girdəçətirli, yarpaqları böyükdür. Meyvəsi uzunsov, yumurta formalı olub, yan tərəfi yapıqdır. Bir meyvəsinin çəkisi 60-70 qramdır. Qabığı nazik, incətüklü, ağ rəngli, Günəş tutan tərəfi qırmızı olur. İyul ayında yetişir. Düzgün aqrotexniki qulluq göstərilən bir ağacdan 150-200 kiloqram məhsul götürmək olar. Kompot və şirələrin hazır¬lanması üçün sərfəlidir.

Ordubadla yanaşı, qədimdən Naxçıvan Muxtar Respublikasının əksər ərazilərində yetişdirilən “Şalax” əriyi qədim diyardan Abşerona, buradan isə Azərbaycanın digər bölgələrinə yayılıb. Buna baxmayaraq, Naxçıvanda becərilən bu ərik sortu digər bölgələrdə becərilənlərdən özünün dadı, ətri, quraqlıq, istilik və şaxtaya davamlılığı, eyni zamanda, görünüşü ilə fərqlənir.

XIII əsrdən Naxçıvan Muxtar Respublikasında becərilən “Badamı” əriyinin də vətəni Ordubad rayonudur. Daha çox Əndəmic, Aza kənd¬lərində rast gəlmək olar. Hazırda Naxçıvan şəhərində, Şərur rayonunun Xanlıqlar, Dərvişlər, Babək rayonunun Vayxır, Sirab, Kültəpə kənd¬lərində də yetişdirilir. Ağacı iri və girdəçətirli olub, yarpaqları sıx, parlaqdır. Qurudulmaq üçün çox yararlıdır. Ortayaşlı məhsul verən bir ağacdan 120-150 kiloqram məhsul götürülməsi mümkündür.

Ordubadda yetişdirilən, bu bölgədən müxtəlif ərazilərə yayılan ərik sortları barədə söhbətimizi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əsgər Həsənovla davam etdirdik. O, daha bir neçə ərik sortu haqqında məlumat verərək bildirdi ki, çox qədim zamanlardan Ordubad rayonunun əksər yerlərində becərilən ata-baba sortlarından biri “Hampa” əriyidir. Digər ərik sortlarından fərqli olaraq bu sortun yarpaqları və meyvəsi böyük olur. Bir meyvənin çəkisi 60-65 qrama çatır. Ləti bərk və şirin olub, çəyirdəkdən asanlıqla ayrılır, çəyirdəyin ləpəsi şirin olduğu üçün yeyilir. Meyvələri avqust ayının əvvəllərində yetişir, daşınma üçün davamlı olduğundan bu sort çox qiymətlidir. Ortayaşlı məhsul verən bir ağacdan 175-200 kiloqram məhsul götürmək mümkündür.

“Əbutalibi” əriyi də “Badamı” əriyi ilə yaşıddır. Rayonun Gənzə, Dəstə və Əndəmic kəndlərində daha çox rast gəlmək olar. Ağacının çətri girdə, geniş formada olub, meyvəsi uzunsovdur. Meyvəsinin Günəş tutan tərəfi narıncı rəngdədir. İyulun sonlarında yetişir, daşınma üçün davamlı olduğundan istehlak müddəti digər sortlara nisbətən xeyli çoxdur. Qeyd edək ki, bu ərik 1898-ci ildə Kaliforniyada təşkil olunmuş meyvəçilik sərgisində birinci yerə layiq görülüb.

Bu gün muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da meyvə-tərəvəzçilik sahəsi sürətlə inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il fevralın 14-də imzaladığı Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu inkişafa stimul verən mühüm dövlət sənədidir. Proqrama uyğun olaraq, Ordubad rayonunda tədbirlər planı hazırlanıb, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir çox vacib işlər görülüb.

Dövlətin maliyyə dəstəyindən yararlanan rayon sakinləri yeni meyvə bağları salıb, istixanalar yaradıblar. Təkcə bir fakta diqqəti çəkmək yerinə düşər ki, 2004-cü ildən 2015-ci ilədək rayonda 137,9 hektar sahədə meyvə bağı salınıb. Yeni salınan meyvə bağlarının 13,4 hektarı keçən ilin payına düşüb. Sabirkənddə Xəlil Fərəcov, Nəsirvazda Nicat Rzayev, Xursda Çimnaz Bayramova, Unusda Hüseyn Mirzəyev və başqaları unudulmaqda olan meyvə sortları ting¬lərinin əkilməsinə üstünlük veriblər. Bunlar arasında müxtəlif ərik sortları da vardır. Əminliklə demək olar ki, bundan sonra da qədim Ordubad bağlar diyarı kimi, Ordubad əriyi isə dadı və ətri ilə öz şöhrətini daim qoruyub saxlayacaqdır.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur

İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaradılmasına razılıq verib

ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir

Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar

Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ-dən ərzaq alınmasına yönəldiləcək

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib

Tramp: Ötən gün Hörmüz boğazından indiyə qədər keçdiyindən daha çox neft daşınıb

Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir

Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb

Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Messi dünya çempionatları tarixinin bombardiri olub

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib

Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

Almaniyada Türk dünyasının ortaq mədəni irsinin təbliği məsələsi müzakirə olunub

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib

Rubio bu həftə Yaxın Şərqə səfər edəcək

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Bu saata olan əsas xəbərlər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO

Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur

İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir

“20 il, 2 ürək, 1 həyat”

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionu olmaq üçün yaxşı şansımız var

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Balaton turizm rekorduna hazırlaşır

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur

İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

Dilçilik İnstitutunda I Türkoloji Qurultaya həsr olunan kitablar mühüm elmi nəticələr kimi qiymətləndirilib

Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri bəlli olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

® “Kapital Bank” sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə təcrübəsi nümunə kimi təqdim olunub

Xəzərdə batan 4 nəfərdən 3-nün meyiti sudan çıxarılıb, 1-nin axtarışı davam etdirilir – YENİLƏNİB 2

® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

Azərbaycanda duz istehsalı 30 faiz artıb

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”

Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

UFC turnirində debüt edəcək "Tank" ləqəbli döyüşçümüz: Məqsədim yalnız qələbədir

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Vens: İran-ABŞ danışıqları bir neçə gün və ya həftə ərzində bərpa olunacaq

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

İran Prezidenti sabah Pakistana gedir

Bu ilin beş ayında 190 min tondan çox tərəvəz və meyvə idxal olunub

Voronejdə PUA hücumundan sonra fövqəladə vəziyyət elan edilib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Baş katibin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar

Albaniyalı alimlər Azərbaycanın zəngin yazılı irsi və qədim əlyazmaları ilə tanış olublar