Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb
Bakı, 8 iyun, AZƏRTAC
Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün saat 17:00 radələrində bazarda yerləşən geyim əşyaları mağazalarının və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə yanğın baş verib.