Göyçayda gənc rəsm həvəskarının əl işlərindən ibarət sərgi açılıb
Göyçay, 13 avqust, AZƏRTAC
Göyçayda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə “Art Mən” layihəsi çərçivəsində gənc rəsm həvəskarı İlahə Bəkirovanın əl işlərindən ibarət sərgi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev parkında açıq havada təşkil edilən sərgidə gənc həvəskar İlahə Bəkirovanın yağlı boya ilə çəkdiyi müxtəlif mövzuda 14 rəsm əsəri nümayiş olunub. Təqdim olunan rəsmlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi istedadlı gənclərin potensialının dəyərləndirilməsi və onlara dəstəyin göstərilməsi məqsədi ilə təşkil olunub.