Göyçayda zəncirvari yol qəzası olub, 5 nəfər xəsarət alıb VİDEO
Göyçay, 14 avqust, AZƏRTAC
Göyçay rayonunda üç minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası rayon mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Türkoğlu