GÜCLÜ LEYSAN OGUZUN DAĞ ÇAYLARINDA DAŞQINLARA SƏBƏB OLMUŞDUR
Oğuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 7-dən 8-nə keçən gecə yağan güclü leysan rayon ərazisindən axan Əlican və Baş Daşağıl çaylarında daşqınlara səbəb olmuşdur. Nəticədə ətraf kəndləri sel basmış, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə, yollara, rabitə və elektrik xətlərinə xeyli ziyan dəymişdir.
Əlican çayında baş vermiş daşqın nəticəsində çay öz məcrasından çıxmış, Bayan kəndinin ərazisini, habelə Ərmənət, Qumlaq və digər ətraf kəndlərdə əkin sahələrini sel suları basmışdır. Həyata keçirilən operativ tədbirlər nəticəsində çay öz məcrasına qaytarılmışdır.
Sel nəticəsində Xalxal kəndinə gedən yolun üzərindəki 25 metr uzunluğunda körpü dağılmış, kəndlə əlaqə kəsilmişdir. Görülmüş tədbirlər nəticəsində hazırda kəndlə müvəqqəti əlaqə yaradılmışdır.
Baş Daşağıl çayında baş vermiş daşqın nəticəsində sel suları Muxas və Baş Daşağıl kəndlərini rayon mərkəzi ilə birləşdirən yolun xeyli hissəsini yuyaraq sıradan çıxarmışdır.
Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün həmin yaşayış məntəqələrində operativ tədbirlər həyata keçirilir. Çaylarda sahilbərkitmə işlərinin aparılmasına rayonda mövcud olan texnika ilə yanaşı, ətraf rayonlardan gətirilmiş ağır texnika da cəlb edilmişdir. Baş vermiş təbii fəlakətlə bağlı əlaqədar nazirliklər məlumatlandırılmışıar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [18:51]
HDQ-də döyüş atışlı taktiki təlim olub
- 12.06.2026 [18:46]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:44]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:28]