İQTİSADİYYAT
GÜRCÜSTAN DA QAZ KƏMƏRİNİN BƏRPASINA BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Qardabani rayonunun Qaçiani qəsəbəsindən Azərbaycan sərhədinədək uzanan qaz kəmərinin bərpasına başlanmışdır. Gürcüstan hökuməti bunun üçün bir milyon dollar ayırmışdır. Təmir-bərpa işlərini ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur.
Bu qaz kəmərinin qış mövsümündə Azərbaycandan Gürcüstana alternativ təbii qaz, yay aylarında isə Rusiya qazının Azərbaycana verilməsinə xidmət edəcəyi bildirilir.
Gürcüstan hökuməti, lazım gəldikdə, həmin kəmərlə İrandan da qaz almaq niyyətindədir. İran qazının Azərbaycan və Rusiya qazından baha olmasına baxmayaraq, Tbilisi Tehranla danışıqlar aparmaq fikrindədir.
Xatırladaq ki, İrandan Gürcüstna qaz verilməsinə dair rəsmi razılıq Prezident M.Saakaşvilinin bu il Tehrana səfəri zamanı əldə olunmuşdur.