İQTİSADİYYAT
Gürcüstan istehlak etdiyi təbii qazın 95 faizini Azərbaycandan alır
Tbilisi, 19 dekabr, AZƏRTAC
Cari ildə Gürcüstanın daxili tələbatını ödəmək üçün təxminən 2,6 milyard kubmetr təbii qaz alınacaq. Bu həcmin 95 faizi Azərbaycanın payına düşür. Bununla da deyə bilərik ki, Azərbaycan ölkəmizin əsas təbii qaz tədarükçüsü olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava jurnalistlər müsahibəsində deyib.
Ölkəsinin Rusiyadan təbii qaz alması məsələsinə toxunan nazir bildirib: “Gürcüstan bu ilin sonuna qədər Rusiyanın “Gazprom” şirkətindən 160 milyon kubmetr təbii qaz alacaq. Bu da ümumi istehlakın təxminən 5 faizini təşkil edir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]