Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir MÜSAHİBƏ

ADY hərəkət tərkiblərini əhəmiyyətli dərəcədə yeniləyir  MÜSAHİBƏ

Bakı, 13 may, AZƏRTAC

Dünya ölkələri arasında cərəyan edən inteqrasiya proseslərinin inkişafında bir sıra iqtisadi göstəricilərlə yanaşı, nəqliyyat amili, xüsusilə quru yollarla daşımalar mühüm əhəmiyyətə malikdir. Nəqliyyat sahəsi artıq qloballaşan dünyanın dinamik və ən fəal strukturlarından birinə çevrilib. Qərb və Şərqin qovuşduğu məkanda yerləşən, unikal coğrafi, geosiyasi şəraitə malik Azərbaycan dünyada nəqliyyat sahəsində baş verən prosesləri yaxından izləyir və regional nəqliyyat qovşağına çevrilməsi üçün inamlı addımlar atır. XXI əsr iqtisadiyyatı hər bir ölkədən rəqabətədavamlı, ixtisaslaşdırılmış məhsul istehsalını tələb etdiyi kimi daşımalar sahəsində də müasir lokomotiv və vaqon parkı, yüksək maddi-texniki baza və ixtisaslaşdırılmış insan kapitalını vacib edir.

“Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət planı”na əsasən, Azərbaycanın hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit daşımalar zamanı sərhəd keçmə müddətinin minimuma endirilməsi yolu ilə ölkəmizin ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılmasıdır. Tranzit daşımaları ilə bağlı qarşıda duran strateji hədəflərə çatmaqda digər vacib amillərlə yanaşı, ölkənin dəmir yollarına məxsus vaqon parkının müasirləşdirilməsi, texniki servis mərkəzlərinin yaradılması və maddi-texniki bazanın gücləndirilməsi də mühüm şərtdir.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi Elyar Muradov AZƏRTAC-ın quruma məxsus müasir vaqon parkı, yeni istifadəyə verilmiş lokomotiv depoları və gələcək planlar haqqında suallarını cavablandırıb.

- Elyar müəllim, dəmir yollarında hərəkət vasitələrinin yenilənməsi ən vacib amillərdən biridir. Bəs ADY-də bu gün vəziyyət necədir?

- Dəmir yolları şəhərləri və rayonları birləşdirən, təkcə sərnişinlərin deyil, həm də hər bir ölkənin iqtisadiyyatı üçün son dərəcə zəruri olan yüklərin daşınmasını həyata keçirən “arteriyadır”. Buna görə də hərəkət vasitələri parkının yenilənməsi və ya planlı qrafik üzrə təmir olunması dəmir yollarında hərəkətin və daşımaların təhlükəsizliyi, etibarlılığın və səmərəliliyin təmin edilməsi baxımından olduqca vacibdir. Bəzən hərəkət tərkibləri parkını vaxtaşırı yeniləmək mümkün olmur, amma mövcud nəqliyyat vasitələrinin vaxtında təmir prosesinə cəlb olunması çox vacibdir. Burada əsas məqam hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Bu gün dəmir yollarında hərəkətin təhlükəsizliyinin təmin olunmasından danışırıqsa, ilk növbədə, lokomotiv və vaqonları saz vəziyyətdə xəttə buraxmalıyıq. Dəmir yolu nəqliyyatının ümumi etibarlılığı birbaşa hərəkət vasitələrinin, infrastrukturun, dəzgah və avadanlıqların texniki vəziyyətindən asılıdır. Lokomotivlərin və vaqonların müntəzəm və keyfiyyətli təmiri bütün komponentlərin və hissələrin istismar müddətini uzadır. Bura əyləc, qatar idarəetmə və təhlükəsizlik sistemlərinin, elektrik mexaniki hissələrin – təkər cütlərinin, oxların və s. digər kritik komponentlərin yoxlanılması daxildir. Bütün bunlar qəza və yolda qalma riskini minimuma endirir ki, bu da təkcə sərnişinlərin və qatar heyətinin deyil, eləcə də yüklərin mənzil başına daha təhlükəsiz çatdırılmasına zəmanət verir. Nəzərə almalıyıq ki, dəmir yolunda hər bir hadisə təkcə iqtisadi zərərlə deyil, həm də insan faciəsi ilə nəticələnə bilər.

İkinci mühüm aspekt iqtisadi səmərəlilikdir. Planlı təmir işləri hərəkət tərkiblərinin istismar müddəti ərzində daha səmərəli istifadəsinə imkan verir ki, bu da yeni ehtiyat hissələrinin alınmasına çəkilən xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla daha yüksək maliyyə xərci tələb edən hissə və avadanlıqların dəyişdirilməsi ehtiyacının qarşısını alır. Bura həm cari təmir, həm də ixtisaslaşdırılmış depolarda əsaslı təmir daxildir. Bundan əlavə, hərəkət tərkibinin yaxşı vəziyyətdə saxlanılması yanacaq sərfiyyatını da optimallaşdırmağa imkan verir.

Üçüncü komponent isə sərnişin məmnuniyyətidir. Rahatlıq və dəqiqlik dəmir yolu nəqliyyatının əsas şüarıdır. Hərəkət vasitələrinin yenilənməsi və təmiri təkcə komfort səviyyəsini artırmır, həm də qatarların qrafikə uyğun hərəkətini, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. Bu isə sərnişinlərin bizə olan inamını artırmaqla onların ADY-nin nəqliyyat xidmətlərindən davamlı istifadəsinə yol açır.

Ümumiyyətlə, planlı qrafik üzrə aparılan təmir işləri gözlənilməz nasazlıqların və hərəkət zamanı baş verə biləcək hər hansı hadisə səbəbindən qatarların qrafikdən kənara çıxmasının qarşısını almağa kömək edir, dəmir yolu nəqliyyatının fasiləsiz hərəkətinə imkan verir. Fasiləsiz və təhlükəsiz daşımalar isə bizi sərnişinlərin azalması və maliyyə itkilərinə səbəb ola biləcək risklərdən sığortalayır. Təmir işləri, həmçinin daşımaların keyfiyyətinin yüksəldilməsi baxımından hərəkət tərkiblərinin müəyyən edilmiş texniki standartlara və təhlükəsizlik tələblərinə cavab verməsi üçün aparılır. Bildiyimiz kimi, dəmir yolu nəqliyyatının fəaliyyəti ciddi təhlükəsizlik qaydaları və standartlarla müşayiət olunur. Müntəzəm texniki qulluq hərəkət tərkiblərinin bu tələblərə cavab verməsini təmin edir.

- ADY-də aparılmış optimallaşdırma işləri çərçivəsində bir neçə struktur bölmə əsasında Hərəkət vasitələrinin təmiri departamentinin yaradılması idarəetmə prosesinə və təmir işlərinin effektivliyinə necə təsir etdi?

- İlk növbədə optimallaşdırma nəticəsində təmir işlərinə nəzarət gücləndirildi, müəssisələr arasında qarşılıqlı əməkdaşlıq daha səmərəli quruldu. Məsələn, bir faktı diqqətinizə çatdırım. Bakı vaqon deposu Sərnişin daşımaları departamentinin, digər vaqon depoları isə Yük daşımaları departamentinin tabeliyində idi. Yük daşımaları departamentinə tabe olan müəssisələrdə bəzi avadanlıqların mövcud olmaması səbəbindən bir sıra ehtiyat hissələrinin təmiri Bakı vaqon deposunda həyata keçirilirdi. Aparılan təmir işləri başa çatdırıldıqdan sonra ehtiyat hissələri yenidən həmin müəssisəyə təqdim edilirdi. Digər müəssisələr arasında da iş eyni qaydada aparılırdı. Xidmətlərin bir departamentdə mərkəzləşməsi, bir mərkəzdən idarə olunması təmir keyfiyyətinin yaxşılaşmasına, əsas və ehtiyat hissələrinin daha səmərəli istifadəsinə, problemli sahələrə daha operativ fokuslanmağa səbəb oldu, bir sözlə, yanaşma dəyişdi.

Hərəkət vasitələrinin təmiri departamenti olaraq əsas məqsədimiz odur ki, təmir işləri daha keyfiyyətli aparılsın, hərəkət vasitələri daha səmərəli istifadə olunsun, onların istismar müddəti artırılsın və hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı problem yaranmasın.Onu da qeyd edim ki, optimallaşdırma çərçivəsində araşdırmalar aparıldı və bunun nəticəsində operativ qərarların verilməsinə başlanıldı. Təchizat sahəsində satınalmaların mərkəzləşdirilməsi ehtiyat hissələrinin daha düzgün qaydada sifariş edilməsi və istifadəsinə gətirib çıxardı. Vahid sənəd dövriyyəsi işlənib hazırlandı və bunun nəticəsində nəzarət mexanizmləri daha effektiv təşkil olundu. Hazırda departamentimizdə 5 şöbə, 1 bölmə və 3 xidmət – Yük vaqonlarının təmiri xidməti, Sərnişin hərəkət vasitələrinin təmiri xidməti və Lokomotivlərin təmiri xidməti, eləcə də həmin xidmətlərin tabeliyində bir neçə təmir deposu fəaliyyət göstərir.

- Depolardan söz düşmüşkən, hazırda ADY-nin depolarında hansı işlər görülür? Təmir işlərinin və ümumilikdə iş şəraitinin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atılır?

- İlk növbədə Biləcəridəki depolarımız haqqında məlumat vermək istərdim. Biləcəridə iki depomuz fəaliyyət göstərir. Bunlardan biri 2023-cü ildə istifadəyə verilib, digəri isə 1963-cü ildə tikilmiş lokomotiv deposudur. Burada bütün növ lokomotivlərin (elektrovoz, magistral və manevr teplovozları) təmiri həyata keçirilir. Qatarların mənzil başına təhlükəsiz çatması üçün lokomotivlərin təmiri prosesinin düzgün aparılması vacib məsələdir. Hərəkətin təhlükəsizliyinin tam təmin olunması məqsədilə yeni hərəkət vasitələri də alınır. Yeni Biləcəri lokomotivlərin təmiri deposunda ABŞ, Almaniya, İtaliya, Türkiyə və digər xarici ölkələrdən alınmış 346 ədəd avadanlıq quraşdırılıb ki, bu da enerji resurslarından qənaətli istifadə və istismar prosesinin optimallaşdırılması deməkdir. Depoda dəyişən cərəyanlı lokomotivlərə, ikisistemli sərnişin lokomotivlərinə, o cümlədən magistral teplovozlara və əsaslı təmirdən çıxmış teplovozlara texniki xidmət göstərilir. Depoda, həmçinin eyni vaxtda 6 lokomotivə xidmət göstərmək imkanımız var. Sözügedən depoda “Alstom” şirkətinin istehsalı olan AZ8A dəyişən cərəyanlı yük lokomotivlərinin və AZ4A ikisistemli sərnişin lokomotivlərinin 25 000 km yürüş məsafəsindən başlayaraq 1 600 000 km yürüş məsafəsinə qədər olan bütün planlı və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

ABŞ istehsalı olan TE33A magistral dizel lokomotivlərinin illik servis xidmətləri və plandankənar təmirləri də burada aparılır.

Xüsusilə qeyd etmək istəyirəm ki, optimallaşdırma işləri çərçivəsində yeni Gəncə lokomotiv deposunda əl əməyindən istifadə minimuma endirilib, 12 peşəkar mütəxəssis hazırda depoda həyata keçirilən bütün təmir işlərini müvafiq qaydada təşkil edə bilir. Sözügedən depoda AZ8A dəyişən cərəyanlı yük lokomotivlərinin və AZ4A ikisistemli sərnişin lokomotivlərinin 25 000 km yürüş məsafəsindən başlayaraq 300 000 km yürüş məsafəsinə qədər olan bütün planlı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

1957-ci ildə istismara verilmiş Bakı lokomotiv deposunda isə bütün növ dartı mühərriklərinin, təkər cütlərinin təmiri və yonulması, o cümlədən sabit cərəyanlı lokomotivlərin 3-cü səviyyəli cari təmiri həyata keçirilir. Bakı vaqon deposu isə sərnişin vaqonlarının təmiri üzrə ixtisaslaşıb.

İmişli lokomotivlərin təmiri deposuna gəlincə, burada magistral və manevr teplovozları təmir olunur. Planımızda İmişli lokomotivlərin təmiri deposunun yenidən qurulması və sabit cərəyanla işləyən elektrovozların Biləcəri lokomotivlərin təmiri deposunun balansından İmişli deposunun balansına verilməsi var. Buna səbəb dəyişən cərəyanlı dartı sisteminin iş sahəsinin artırılması ilə sözügedən lokomotivlərə olan ehtiyacın azalmasıdır. Həmçinin İmişlidə teplovozların təmiri üzrə servis mərkəzinin yaradılması planlaşdırılır ki, bu da öz növbəsində Qarabağ bölgəsi üzrə istismar olunacaq bütün növ teplovozların əsaslı təmirinə xidmət edəcək.

Əlavə olaraq bildirmək istərdim ki, depoların işinin optimalaşdırılması məqsədilə cəlb edilmiş xarici məsləhətçilərin də bəzi tövsiyələri qəbul olunub və materialların idarə edilməsi ilə bağlı təklif üzərində çox qısa zaman ərzində müvafiq işlər aparılıb. Belə ki, ehtiyat hissələrinə olan tələbatın mərkəzləşdirilmiş qaydada idarə olunması, planlama, resurslardan səmərəli istifadə, təmir növləri üzrə görüləcək iş həcmlərinin avtomatlaşdırılması prosesi icra olunmaqdadır. Məsləhətçinin tövsiyə etdiyi “Mobile Maintenance” sistemi üzrə də bir sıra məsələlər nəzərdən keçirilir. Həmçinin depoların fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən olunub:

• Biləcəri lokomotivlərin təmiri deposunda AZ8A və AZ4A, o cümlədən TE33A seriyalı lokomotivlərin, manevr lokomotivlərinin kiçik və iri həcmli təmirləri;

• Bakı lokomotiv deposunda müvəqqəti olaraq sabit cərəyanlı elektrovozların 3-cü səviyyəli cari təmiri və təkər cütlərinin əsaslı təmiri;

• Gəncə lokomotivlərin təmiri deposunda AZ8A və AZ4A seriyalı lokomotivlərin və manevr lokomotivlərinin kiçik həcmli təmirləri;

• İmişli lokomotivlərin təmiri deposunda isə magistral və manevr teplovozlarının 1-ci səviyyəli cari təmir işləri həyata keçiriləcək.

- Elyar müəllim, bəs rəhbərlik etdiyiniz departamentin əsas çətinlikləri nə ilə bağlıdır və bu çətinliklərin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görülür?

- Təbii ki, çətinliklərimiz var. Əsas problemlər köhnə lokomotivlərlə bağlıdır. Hərəkət vasitələrinin təqribən yarısı köhnədir. Qeyd edilən hərəkət vasitələrinin hissələrini nə qədər təmir etsən də, bir müddətdən sonra digər hissəsi sıradan çıxır. Sərnişindaşıma sahəsində istismara verilən hərəkət tərkibləri ilə bağlı problemlərimiz yoxdur. Çünki insan faktoru əsasdır və biz sərnişinlərimizin müasir hərəkət tərkibləri ilə mənzil başına təhlükəsiz çatdırılmasına cavabdehik.

Ümumiyyətlə, bir qayda olaraq işlək olmayan və ya hər hansı texniki problemi olan qatarı istismara buraxmırıq. Amma texnikadır, yolda hər an gözlənilməz hadisə, nasazlıq baş verə bilər. Məsələn, yay aylarında qatar reysə çıxmamışdan əvvəl onun kondisioneri yoxlanılır. Abşeron dairəvi marşrutunda pik saatlarda elə reyslər olur ki, qatar min nəfər sərnişin daşıyır, lakin min nəfər üçün deyil, 919 nəfər üçün nəzərdə tutulub. İstər-istəməz yüklənmə baş verdiyindən kondisioner havanı yetərincə soyuda bilmir. Kondisioner faktiki olaraq işləsə də, sərnişinlərə elə gəlir ki, işləmir. Yəni, bu və digər oxşar məsələlər yolda baş verir və həmin vaxt bu cür hadisələrin qarşısını almaq nisbətən çətin olur.

Hazırda həm investisiya planına salınan layihələr, həm də ADY-nin öz maliyyə resursları hesabına həyata keçirəcəyi layihələr üzərində çalışırıq. İnvestisiya planına daxil edilən layihələr arasında Bakı lokomotiv deposunda “Stadler Rail Group” şirkəti ilə birgə Regional Servis Mərkəzinin tikintisi var. Bu layihə dövlət tərəfindən maliyyələşdirilir.

Digər layihə – Bakı sərnişin stansiyasında Şimal parkının yenidən qurulmasıdır. Şimal parkının əsas işi qatarların reysə çıxmamışdan əvvəl hazırlıq prosesindən keçməsini təmin etmək olub. Məsələn, indi “Stadler” qatarları xəttə buraxılmamışdan öncə platformanın sonunda, ya da kənarda səfərə hazırlanır. Burada onların elektrik sistemlərinin yoxlanılması, reysqabağı müəyyən kiçik həcmli istismar və təmir işlərinin görülməsi nəzərdə tutulur.

ADY-nin öz hesabına həyata keçirdiyi layihələrə gəlincə, bura depolarımızda mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün atdığımız addımlar daxildir. Məsələn, Biləcəri lokomotiv deposunda təkər cütlərinin tam tərtibatı və təmiri sexinin yaradılmasını planlaşdırırıq. Bu sexin yaradılması ilə lokomotivlərin depolarda plandankənar təmirə daxil olma halları minimuma endiriləcək, təkər cütlərinin hərəkətin təhlükəsizliyi tələblərinə cavab verməsi təmin olunacaq, yolda baş verən nasazlıqlar əhəmiyyətli dərəcədə azalacaq, lokomotivlərin məhsuldarlığı artacaq və daha səmərəli istismarı təmin ediləcək.

Bundan əlavə, Elektrik avadanlıqları və aparatlarının əsaslı təmiri sexinin yaradılmasını planlaşdırırıq. Həmçinin təkər cütlərinin yonulması işlərinin aparıldığı Bakı lokomotiv deposunda Arabacıq yuma sexinin yaradılmasını nəzərdə tuturuq.

Xaricdə təmir işlərinə gəlincə, bu il əsaslı təmir edilməsi üçün 17 lokomotivin qonşu dövlətlərə göndərilməsi nəzərdə tutulub. Ümumilikdə 10 ədəd hərəkət tərkibimiz Qazaxıstan və Latviyaya əsaslı təmirə göndərilib.

- Bir qədər əvvəl Regional Servis Mərkəzinin yaradılmasına toxundunuz. Bu Mərkəz ADY-ə nə verəcək? Burada, əsasən, hansı hərəkət vasitələri təmir olunacaq?

- Məlum olduğu kimi, ötən ilin oktyabrında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalandı. Müqaviləyə əsasən, Böyükşor stansiyasında yerləşən Bakı lokomotiv deposunun ərazisində Regional Servis Mərkəzi tikiləcək.

İlkin mərhələdə Bakı lokomotiv deposu fəaliyyətini davam etdirəcək. Dəmir yollarında istifadə olunan bütün lokomotivlərin təkər cütləri məhz burada hazırlanır. Servis Mərkəzi yaradıldıqdan müəyyən müddət sonra isə depo öz fəaliyyətini dayandıracaq.

Regional Servis Mərkəzinin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin (dizel və elektrik) və sərnişin vaqonlarının cari və irihəcmli təmiri, texniki xidməti məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95%-dən çox olmasını təmin edəcək. Eyni zamanda, Mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək göstəriləcək və lazımi təlimlər keçiriləcək.

Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.

Bir məqamı da xüsusilə qeyd etməliyəm ki, Regional Servis Mərkəzinin məhz Bakıda inşa edilməsi olduqca əhəmiyyətli məsələdir. Qonşu respublikalarda da “Stadler” qatarlarından istifadə olunur. Ancaq Mərkəzin Azərbaycanda açılması həm də onun göstəricisidir ki, Azərbaycanın dəmir yolları müasir hərəkət tərkibləri, yüksək maddi-texniki bazası və yeni lokomotiv depolarına görə müqayisədə qonşu dövlətlərdən xeyli irəlidədir. Ona görə də “Stadler Rail Group” bu Mərkəzin məhz Bakıda tikilməsi qərarının üzərində dayandı.

- Maraqlıdır, yeni lokomotivlərin təmiri ilə məşğul olan işçilərin yeni texnikaya adaptasiyası necə təşkil edilir?

- Yüksəkixtisaslı kadrların hazırlanması üçün yeni texnologiyaların öyrənilməsi və tətbiqi istiqamətində mütəmadi işlər aparılır. Həmçinin texnoloji prosesləri icra edən işçilər istehsalçı şirkətlərin çoxsaylı təlimlərində iştirak edərək sertifikatlar alıblar.

Bundan başqa, Fransanın “Alstom” şirkəti bizim əməkdaşlar üçün təlim proqramı hazırlayırlar. Beləliklə, bir müddət sonra “Alstom” lokomotivlərinin təmirini ADY əməkdaşları müstəqil olaraq həyata keçirə biləcəklər.

Əməkdaşlarımız mütəmadi olaraq xarici ölkələrin təcrübəsini öyrənir, həmin depolarda təcrübə mübadiləsində iştirak edirlər.

- Yeni alınmış FLIRT qatarlarının test prosesi necə davam edir?

- Xatırladım ki, ADY ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən, FLIRT markalı 4 dizel qatarı ötən ilin sonlarında Bakıya çatdırıldı. Yeni dizel qatarları kontakt şəbəkəsinə qoşulmadan daxili mühərrik sistemi hesabına istehsal olunan enerji ilə hərəkət edir. Bu da, öz növbəsində, kontakt sistemində yarana biləcək texniki problemlərdən asılı olmayaraq, elektrik kontakt şəbəkə xətti olmayan yollarda da qatarın qrafik üzrə normal rejimdə hərəkət etməsinə imkan yaradır.

Qatarların sınaq işləri “Stadler” şirkəti ilə birlikdə aparılır. Qeyd edim ki, qatar istismara verilməmişdən əvvəl 5 min km yürüş etməlidir. Bundan başqa, elektromaqnit sahəsi ilə bağlı test keçirilməlidir. Digər sınaqlar isə artıq yekunlaşıb. Yeni qatarların yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.

- Elyar müəllim, departamentin 2024-cü ildə əsas hədəfi nə olacaq?

- Hərəkət vasitələri departamentinin prioritet hədəfi hərəkət vasitələrinin təmiri proseslərini yüksək keyfiyyət və texnologiyalara uyğun olaraq operativ şəkildə həyata keçirməkdir. Bu da ADY-nin həm sərnişin, həm də yükdaşıma əməliyyatlarının davamlılığını təmin etməyə imkan verir.

ADY-nin balansında olan hərəkət vasitələrinin faktiki vəziyyəti analiz edilib, mövcud nasazlıqlar, təmirə ehtiyacı olan hissələr müəyyənləşdirilib və aradan qaldırılması istiqamətində işlərin görülməsinə artıq start verilib. Təmir depolarında avadanlıqların siyahıya alınması aparılıb, hər bir avadanlığın texniki vəziyyəti təhlil edilib.

2024-cü ildə əsas fəaliyyət planımız təmir keyfiyyətini artırmaqla plandankənar təmir sayının azaldılması, təmir bazasının genişləndirilməsi, yəni bu prosesdə istifadə olunan avadanlıqların yeniləri ilə əvəz olunması və ya əsaslı təmir işlərinin aparılması, eləcə də sözügedən sahədə çalışan işçilərin texnoloji prosesləri texniki-normativ qaydalara uyğun həyata keçirməsi üçün lazımi ixtisasartırma və sertifikatlaşdırma təlimlərində iştirakının təmin edilməsidir.

Təmir proseslərinin həyata keçirilməsindən başqa, müasir standartlara cavab verən dəmir yolu nəqliyyatı vasitələrinin ADY-nin nəqliyyat parkına cəlb olunması əsas hədəflərdəndir.

Lokomotivlərin və vaqonların müntəzəm təmiri təkcə texniki zərurət deyil, dəmir yolunun sistem olaraq təhlükəsizliyinə, səmərəliliyinə və dayanıqlılığına qoyulan strateji sərmayədir. Dəmir yolu nəqliyyatının təhlükəsiz gələcəyini təmin etmək üçün bu sahədə daim təkmilləşməyə və innovasiyaların tətbiqinə çalışmalıyıq.

Keyfiyyətli təmir və texniki xidmət öz növbəsində tullantıları azaltmağa və nəqliyyat vasitələrinin ətraf mühitə uyğunluğunu yaxşılaşdırmağa kömək edir ki, bu da ADY-nin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməsi baxımdan mühüm məsələdir. Qeyd etmək istəyirəm ki, “Yaşıl dünya naminə həmrəylik ili” istiqamətində Biləcəri və Gəncə lokomotivlərin təmiri depolarında ümumilikdə 762 ədəd günəş paneli quraşdırılıb və sözügedən depoların işıqlandırılma, həmçinin isti su təminatında artıq bu panellərin xidmətindən uğurla istifadə olunur.

Bütövlükdə dəmir yolu hərəkət tərkiblərinin keyfiyyətli və əsaslı təmiri dəmir yolu nəqliyyatının səmərəli və təhlükəsiz istismarının təmin edilməsində əsas rol oynayır ki, bu da iqtisadiyyata və əhalinin rifahına birbaşa təsir göstərir.

- Sizə bu məsuliyyətli fəaliyyətinizə yeni uğurlar arzulayırıq.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər