Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib
Bakı, 13 may, AZƏRTAC
Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb.
Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]