Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

Kifayət qədər yuxu yatmamaq bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər

Bakı, 13 may, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə yuxunun vacibliyi barədə danışan mütəxəssis-ekspert deyib: “Yuxu ətraf mühitə reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Tibbin və neyrobiologiyanın yuxunun tədqiqatına və müalicəsinə baxan sahəsi Somnologiya adlanır. İnsan ömrünün üçdəbir hissəsi yuxuda keçir. Yuxu zamanı orqanizm enerjini bərpa edir və immuniteti artırır. Normal yuxu aldıqdan sonra özümüzü gümrah və enerji dolu hiss edirik. Kifayət qədər yuxu almayanlar isə gün ərzində özlərini yorğun və halsız hiss edir, diqqəti cəmləməkdə çətinlik çəkirlər. Yuxu zamanı immunitet sistemimiz orqanizm üçün çox faydalı olan müəyyən zülallar ifraz edir. Əgər nizamlı və keyfiyyətli yuxu almasaq, həmin zülallar kifayət qədər olmaz.

Gündüz yatmağın faydaları gecə yatmağı əvəz etmir. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - saat 23.00-dan 01:00-a qədər ifraz olunur. Həmin hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini, immun sisteminin yüksəlməsini təmin edir”.

Həkim-terapevt yuxusuzluğun səbəb olduğu fəsadlar barədə deyib: “Bu zamanı insanlar yuxuya gedə və ya dərin yuxu yata bilmir. Şikayətləri adətən qısa zamanda yuxuya gedə bilməmək, yatanda tez-tez oyanmaq və yuxunu davam edə bilməməklə əlaqədar olur. Bir həftəyə qədər davam edən yuxusuzluq kəskin və ya keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xroniki yuxusuzluq adlanır. Yuxusuzluq xəstəliyi olanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyəsini və əhvalı deyil, həm də həyat keyfiyyətini azalda bilər.

Mütəxəssislər gecə 7-8 saat yatmağı məsləhət görürlər. Əksər insanlar həyatının bir mərhələsində günlərlə davam edən qısamüddətli yuxusuzluqdan əziyyət çəkirlər. Həmin vəziyyət adətən stress, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur. Davamlı yuxusuzluq orqanizmdə xroniki ağrı, diabet, ürək-damar, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliyinin xəbərçisi ola bilərlər”.

Yuxusuzluğun səbəbləri barədə mütəxəssis-ekspert bunları bildirib: “Yuxu insan orqanizmində bir çox sistemləri əhatə edən mürəkkəb fizioloji prosesdir. Yuxusuzluğun səbəbləri müxtəlif ola bilər. Yuxuya ən çox psixoloji amillər (narahatlıq, stress), endokrin səbəblər (hipertiroidizm, klimakterik), kofeinli içkilər, narkotik maddələr, alkoqollu içkilər, sosial amillər və sair təsir edir. Yuxunun kifayət qədər olmaması orqanizmin infeksiyalara qarşı həssaslığının nəticəsi ola bilər. Orqanizmi patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin düzgün istirahətə ehtiyacı var. İnsan orqanizmini patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sisteminin də rahat və dolğun yuxuya ehtiyacı var. Yuxusuzluq, həmçinin immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, orqanizmi həssas edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.

Yuxu çatışmazlığı artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq həmin prosesi pozur. Gecə 4-5 saat yatanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə isə 2-ci tip diabet əmələ gəlməsi və digər hormonların da ritminin pozulması baş verə bilər.

Hər gecə sadəcə 1-2 saat daha az yatmaq ürək döyüntülərinin sayını və qan təzyiqini artırır. Çünki sinir sisteminin bir qismi yuxu əskikliyinə başqa cür təsir edir. Bu zaman qanda stress hormonu deyilən kortizol artır və bir müddət sonra damar sərtliyi, infarkt və insult riski də arta bilər.

Sürətli olaraq pozulan və ya azalan yuxu, əsasən də dərin yuxu problemləri sinir sisteminin degenerativ xəstəliklərinə aparıb çıxarır. Dərin yuxu yaddaşa, konsentrasiyaya və qərar qəbuletmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda, gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir. Bundan əlavə, insan orqanizmi əsasən yuxuda olduğu zaman yaraları bərpa edir, zərərli maddələri kənarlaşdırır və sağalma proseslərinə başlayır.

Sağlam yuxu böyümə hormonu üçün də çox əhəmiyyətlidir. Həmin hormon sayəsində əzələ və sümük kütləsinin böyüməsi baş verir. Yuxu pozğunluqlarında, bütün bu proseslər nəzarətdən çıxır. Yetkinlik yaşına çatan insanlar üçün normal yuxu rejimi əvəzolunmazdır. Yuxu dərinin təravətli görünməsi və dəri hüceyrələrinin yenilənməsində xüsusi rol oynayır”.

Həkim-terapevt yuxusuzluğu aradan qaldırmaq yolları barədə bunları məsləhət görüb: “Yuxusuzluğun müalicəsində əvvəlcə onun səbəbini araşdırmaq lazımdır. Əgər səbəb hər hansı bir xəstəlikdirsə, o zaman diqqəti həmin xəstəliyin müalicəsinə yönəltmək lazımdır. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə aparıb çıxarır. Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl edilməsi tövsiyə olunur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər