Gürcüstan mətbuatında azərbaycanlı alim Fatimə Hacıyeva haqqında məqalə dərc olunub
Tbilisi, 9 aprel, AZƏRTAC
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində azərbaycanlı alim, Azərbaycan Respublikası Elmi-Tədqiqat Mama Ginekologiya İnstitutunun Ginekologiya şöbəsinin müdiri, dosent Fatimə Hacıyeva haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, gürcü dilində dərc olunan məqalədə alimin həyat və fəaliyyəti, mama-ginekologiya ilə bağlı tədqiqatları və bu sahədə qabaqcıl təcrübə barədə fikirləri yer alıb.
Məqalədə alimin Azərbaycanda tibb elminin inkişafı, dövlətin bu sahəyə diqqət və qayğısı, tibb sahəsində görülən işlər, aparılan elmi araşdırmalar və onların nəticələri barədə fikirləri də verilib. Bundan başqa, azərbaycanlı alimlərin tibb sahəsində qazandıqları nailiyyətlər və bu uğurların dünya tibb elminə verdiyi töhfələrdən də bəhs olunur.
Qeyd edək ki, F.Hacıyeva 2 dərs vəsaitinin, 60-dan çox elmi məqalənin müəllifidir. İngiltərə, Ukrayna, Danimarka, İsveç, Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub. 2011-ci ildə London şəhərində Elizabeth Queen sarayında keçirilən Mama-ginekoloqların və androloqların IV Böyük Konqresində gənc alimin elmi işinin poster prezentasiyası Qızıl Medala layiq görülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [10:24]
Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir
- 09.10.2026 [10:15]
® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub
- 09.10.2026 [08:53]
Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
- 08.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [19:47]
Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:35]
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
- 08.10.2026 [18:22]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [18:18]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:56]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:51]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [17:50]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:48]