GÜRCÜSTAN PARLAMENTİ SƏDRİNİN 7-DƏK MÜAVİNİ OLACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 11-də yeni seçilmiş Gürcüstan parlamentinin növbəti, 2-ci iclası keçirilmişdir.
İclasda əsasən təşkilati məsələlərə baxılmış, komitə sədrliyinə namizədlər müəyyənləşdirilmiş, yeni parlamentdə neçə vitse-spiker vəzifəsinin təsis olunması müzakirə olunmuşdur. İlkin məlumata görə, hazırda 13 parlament komitəsinə gənclər və idman, xaricdəki gürcü icması ilə münasibətlər üzrə komitələr də əlavə olunacaqdır. Parlament sədrinin isə 6, yaxud 7 müavini seçiləcəyi ehtimal edilir. Hələlik hakim partiya bu vəzifəyə sabiq vitse-spiker Mixail Maçavarianin və parlamentin səhiyyə və sosial məsələlər komitəsinin sədri Qiqi Seretelinin namizədliklərini irəli sürmüşdür.
Parlament əksəriyyətini təşkil edən hakim partiya müxalifətdən olan deputatlara da vəzifələr təklif edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]