GÜRCÜSTAN VƏTƏNDAŞINDAN NARKOTİK MADDƏ GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində, Gürcüstan vətəndaşı Malxaz Ramazaşvilidən 0,212 qram heroin götürülmüşdür.
Nəsimi Rayon Polis İdarəsi 19-cu bölməsinin işçiləri rayon sakini, əvvəllər məhkum olunmuş Nadim Baqiyevdən 6,23 qram heroin, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakini İlham Həsənovdan 2,5 qram marixuana və 1,1 qram həşiş müsadirə etmişlər.
Faktlarla bağlı cinayət işi başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]