Gürcüstanda sentyabrın 15-də məktəblər, oktyabrın 1-də isə uşaq bağçaları açılacaq
Tbilisi, 26 avqust, AZƏRTAC
Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq.
Baş Nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]