Gürcüstanın Baş naziri mitinq iştirakçılarını sakitləşdirməyə çalışıb
Tbilisi, 1 iyun, AZƏRTAC
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili mayın 31-də axşam parlamentin önünə gələrək aksiya iştirakçılarına müraciət etmək istəyib.
AZƏRTAC xəbər verir ki, baş nazir aksiya iştirakçılarını sakitliyə dəvət edib. Lakin kütlə Baş naziri tribunaya buraxmayıb və o mitinqi tərk edib.
Aksiya bundan sonra daha da şiddətlənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi