Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb
Tbilisi, 6 fevral, AZƏRTAC
Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olacaq. O, artıq müəllimlik fəaliyyətinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 49 yaşlı fəlsəfə doktoru G.Marqvelaşvili Gürcüstan İctimai Elmlər İnstitutunda (GİPA) “siyasət” mövzusunda məruzə oxuyacaq. Məqsəd tələbələrə Gürcüstan siyasətinin nəzəri və təcrübi əsasları, siyasi texnologiyalar barədə məlumat vermək, onlarda siyasi fikri formalaşdırmaqdır.
Məlumat üçün qeyd edək ki, GİPA 1994-cü ildə yaradılıb. İnstitut bakalavr və magistratura pillələri üzrə təhsil verir. İnstitutda ictimai əlaqələr, yerli özünüidarəetmə, beynəlxalq münasibətlər və beynəlxalq hüquq, jurnalistika üzrə PhD doktorluq müdafiə sistemi də var.
G.Marqvelaşvili fasilələrlə - 2000-2006-cı və 2010-2012-ci illərdə GİPA-nın rektoru olub. 2013-cü ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəyi ilə prezident seçilib. 2018-ci ilin dekabrında Salome Zurabişvili Prezident seçildikdən sonra fəal siyasətdən uzaqlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]