“Güzəştli mənzil” seçimində ilk mənzil 31 saniyəyə satılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyində mənzillərin seçiminə başlanıb.
AZƏRTAC xəbər verir ki, vətəndaşlar tərəfindən ilk mənzil 31 saniyə ərzində seçilib. Vətəndaşlara mənzil seçimində 10 dəqiqə vaxt verilib.
Xatırladaq ki, MİDA tərəfindən 815 mənzil satışa çıxarılıb.