Hacıqabulda 157 hektar sahədə şəkər çuğunduru əkilib
Hacıqabul, 25 aprel, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda ikinci ildir ki, şəkər çuğunduru yetişdirilir. Rayonda bu bitkinin əkini ilə əsasən “Kürdəmir Süd Emalı” MMC məşğul olur.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il “Kürdəmir Süd Emalı” MMC tərəfindən rayonda 117 hektar sahədə şəkər çuğunduru əkilib və 6 min 520 ton məhsul yığılıb. Cari ilin məhsulu üçün MMC tərəfindən 157 hektar sahədə məhsul becəriləcək. Əkinə vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə səpin kampaniyasını başa çatdırıblar. Səpin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]