Hacıqabulda tədarük olunan tərəvəzin yarıdan çoxu Atbulaq və Meyniman kəndlərindəki istixanalardan yığılıb
Hacıqabul, 14 aprel, Mahir Babayev, AZƏRTAC
Son illər Hacıqabulda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsini ilbəil genişləndirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Hacıqabulda 5,7 hektar ərazidə 9 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda yüz tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Ötən illərdə olduğu kimi, cari təsərrüfat ilində də istixanalarda tərəvəz boldur. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrindəki istixanalarda tərəvəz yığımına başlanılıb və indiyədək 216.4 ton xiyar-pomidor yığılaraq daxili bazarlara göndərilib. Toplanan məhsulun 22.8 tonunu xiyar, 193.6 tonunu isə pomidor təşkil edib. Məhsulun qiyməti də təsərrüfat sahiblərinin ürəyincədir. Tədarük olunan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Atbulaq və Meyniman kəndlərindəki istixanalarından toplanılıb.
Hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə, tərəvəz bu il ötən ildəkindən 2 dəfə çox olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]