Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları

Biz Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı "hesabat" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reytinq cədvəli" bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda "Freedom House" yenə də bu forpost dövləti "qismən azad" hesab edir. Eyni zamanda, Azərbaycana qarşı yenə də ikili standartlarla davranır. Bu qədər ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq da olarmış! Qəribədir ki, özünü demokratiyanın beşiyi sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə "ulaq inadkarlığı" göstərilir. Burada adi bir məqamı anlamaq istəmirlər: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar. Əksinə, haqsızlıq mənbəyi olaraq görürlər. Strateji aspektdə itirən kim olur? Biz bu məsələ üzərində bir qədər geniş dayanmaq qərarına gəldik.

Azad olmayan təşkilat: qeyri-obyektiv hesabat

"Freedom House" yenə səhnədədir. 2019-cu illə bağlı növbəti "hesabat"ını hazırlayıb. Bu dəfə də ənənədən kənara çıxmayıb. Qərəzli və ikili standartlara uyğun qiymətləndirməsini edib. Bu qeyri-ciddi "müstəqil" təşkilat növbəti dəfə Ermənistanı "qismən azad", Azərbaycanı isə "qeyri-azad" ölkə kimi təqdim edib. Bu "mahnı" bizə məlumdur, onu kimlərin "bəstələdiyini" də bilirik. Ancaq məsələnin maraqlı tərəfləri də mövcuddur. Belə görünür ki, Qərbdəki bəzi dairələr ədalət hissini və rasionallığı tamamilə itiriblər. Onlar adi məntiqi səhvlərə belə yol verirlər. Əslində, bu gözlənilən haldır. Çünki başqası haqqında hədyan danışanın nə yaddaşı ola bilər, nə də sağlam məntiqi; mütləq silsilə olaraq səhvlər etməlidir. "Freedom House" da bu sıraya aiddir. Onun bədnam "reytinqi"nə nəzər salmazdan öncə, bəzi faktları xatırlayaq.

Cəmi bir neçə ay öncə Qərbin siyasi dairələri Ermənistanda S.Sarkisyan dönəmində seçki saxtakarlığı, korrupsiya, insan haqlarının tapdanması kimi halların baş alıb getdiyindən bəhs edib seçki saxtakarlığının nəticəsi kimi 2008-ci il 1 mart hadisələrini göstərdilər. O zaman Ermənistanın güc strukturları etiraz edən insanları güllələmişdilər, nəticədə, 10 nəfər nümayişçi həlak olmuşdu. Ancaq Avropanın siyasi dairələri və QHT-ləri bir ağızdan qışqırdılar ki, "Ermənistanda seçki beynəlxalq standartlara uyğun keçirilib". "Freedom House"un siyahısında da bu ölkə "qismən azad ölkələr" qrupunda göstərilmişdi.

Sonra insan haqlarının tapdandığının konkret nümunəsini indiki baş nazir N.Paşinyan göstərir. Belə ki, o, bir neçə il günahsız həbsdə olduğunu iddia edir və bu səbəbdən Ermənistanın o zamankı rəhbərliyini (S.Sarkisyan, R.Koçaryan və b.) istintaqa cəlb edir. Şübhəsiz, minlərlə başqa nümunələr də var. Ancaq N.Paşinyan olayı ayrıca mövzudur. Çünki Ermənistanın baş naziri açıq etiraf edir ki, bu ölkədə onun haqları pozulub. Lakin "Freedom House" yenə də Ermənistanı "qismən azad" olanlar qrupunda göstərir.

Daha sonra, korrupsiyanın erməni siyasi mühitini və cəmiyyətini dərindən bürüdüyü haqqında ekspertlər çoxdan yazırlar. Korrupsiya olan yerdə addımbaşı cinayət törədilir, insanların azadlıqları ciddi surətdə məhdudlaşdırılır. Məsələn, bu vəziyyətdə sahibkarlıq fəaliyyəti sərbəst ola bilməz. Qruplaşmalar, ticarətdə və biznesdə proteksionizm, yerlibazlıq, haqsızlıq baş alıb gedir. Xarici sərmayədarlar da ölkəyə kapital qoymur. Bütövlükdə cəmiyyət iflic vəziyyətinə düşür. Hazırda Ermənistan rəhbərliyi korrupsiya ilə bağlı minlərlə cinayət işi açıldığını bəyan edir. Hətta bir dəfə baş nazir N.Paşinyan ölkədə mövcud olan korrupsiya halları barədə danışanı susduraraq "bəsdir, yetər, mən artıq dözə bilmirəm, get başqasına danış", deyib. O, eşitdiyi cinayətlərə inana bilmədiyini ifadə edib. Ancaq "Freedom House" bütün bunları qulaqardına vuraraq qismən azad ölkələr qrupuna Ermənistanı da salır!

Nəhayət, Ermənistanın dövlət olaraq kimliyini əyani göstərən son informasiya. İrəvanın "Nubaraşen" həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində Haynews.am saytının rəhbəri və "Erməni qartalları: Vahid Ermənistan" partiyasının sədr müavini Mqer Yeqiazaryan keçinib. O, ölümündən öncə məktub da yazıbmış. Ermənistan mediasının yaydığı informasiyaya görə, məktubda yazılıb: "30 il məni susdura bilmədilər və mən danışmağa davam edəcəyəm, belə ki, dövlətdən bir qəpik belə oğurlamamışam, vətəni məndən cinayətkar düzəltməyə çalışan indiki hakimiyyətdən daha çox sevmişəm".

Mərhum məktubunda yazır ki, əvvəlki illərdə olduğu kimi, rəsmi dairələr adamların boynuna cinayət qoymağa çalışırlar. Ancaq o, özünün tam günahsız olduğunu da açıq qeyd edir. Eyni zamanda, məsuliyyətdən də yayınmaq istəmədiyini vurğulayır.

Ermənistanda siyasi məhbusun ölümü: ...və Qərbin susqunluğu

Bu fakt nəyi göstərir? Onu göstərir ki, Ermənistanda insanları siyasi görüşlərinə görə qondarma ittihamlarla həbs etmək bir ənənəndir. İndi də M.Yeqiazaryanı şərləyib öldürüblər. Ancaq Qərbin bütün QHT-ləri, siyasi dairələri bunları "görmürlər". Ayrıca "Freedom House" hesabatında bunu bir fakt kimi də qeyd etməyib. Reallıqda bir insan dünyasını dəyişib, bir sayt sahibi öldürülüb, bir siyasi fəal siyasi məhbus kimi həbsxanada can verib! Ancaq "demokratlar" yenə də susurlar...

Əvəzində onlar Azərbaycanı "qeyri-azad ölkələr" qrupuna salıblar. Qəribədir, deyilmi? Hansı faktlara əsasən? Əgər kimlərsə Mehman Hüseynovu misal göstərmək istəyirsə, bu adam sağ-salamatdır. O, nə aclıqdan ölür, nə də əsassız olaraq həbs müddəti uzadılır. Bütün haqları da təmin edilir. M.Yeqiazaryana isə bunların heç biri "qismən azad Ermənistanda" qismət olmadı.

Azərbaycanla bağlı başqa hansı faktlar var? Azərbaycanda müxalifət mitinqlərini keçirir, Ermənistanda isə, ümumiyyətlə, müxalifət yoxdur. Varsa, son 1 ildə hansı aksiyanı keçirib? İqtidar da N.Paşinyandır, müxalifət də! Amma "Freedom House" hesab edir ki, "qismən azad ölkə" elə belə olmalıdır. Kim bu cəfəngiyata inanar! Kim bundan sonra Qərbdə demokratiyanın olduğuna əmin olar?

Əslində, bizim beynəlxalq təşkilatlara, Qərbdəki QHT-lərə suallarımız çoxdur. Məsələn, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması beynəlxalq hüququn hansı maddəsinə uyğundur? Və ya hansı beynəlxalq təşkilatın, yaxud QHT-nin nizamnaməsində yazılıb ki, Ermənistanın öz qonşusunun ərazilərini işğal etmək kimi əlahiddə haqqı vardır? Belə deyilsə, hansı meyarla təcavüzkar bir ölkə "qismən azad" hesab olunur? Təbii ki, bu suallara Qərbin siyasi və ekspert dairələrində tutarlı cavab verə bilməzlər. Ona görə yox ki, onların məntiqi və ya savadı zəifdir. Ona görə ki, bu suallar ədaləti göstərir. Onlarda haqq var, düzlük var, obyektiv etiraz var. Lakin bütün bu meyarların "Freedom House"a heç bir aidiyyəti yoxdur.

Ancaq biz o zavallıları başa düşməyə çalışırıq. Məsələ ondan ibarətdir ki, Azərbaycan dünyəvi müsəlman ölkəsi kimi Cənubi Qafqazın lideri, bu məkanın ən sürətlə inkişaf edən və daim müstəqil siyasət yeridən tək dövlətidir. Azərbaycan bir nümunədir, dövlət quruculuğu aspektində sanballı modeldir. Azərbaycan Prezidenti siyasi cəhətdən çox fəaldır, tez-tez regional və qlobal əməkdaşlıq modelləri təklif edir. Onlar qəbul olunur və fayda verirlər. Azərbaycan Prezidenti sistemli olaraq islahatlar həyata keçirir. Xarici iş adamlarını ölkəyə sərmayə qoymağa dəvət edir və onlar milyardlarını Azərbaycana etibar edirlər.

Azərbaycanın dövlət başçısı dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən bir sıra proqramların təşəbbüskarıdır. "Bakı prosesi" adlanan dialoq layihəsi konkret uğurlar qazanıb.

Azərbaycan enerji siyasəti ilə regional və qlobal əməkdaşlığa böyük töhfələrini verməkdədir. Nəqliyyat sahəsində ciddi əməkdaşlıq həyata keçirir. Azərbaycan artıq Cənubi Qafqazın geosiyasi qovşağı funksiyasını yerinə yetirir.

Bütün bunlar dünyada bir sıra dairələri narahat edir. Onlar Cənubi Qafqazda bir müsəlman dövlətinin iki xristian ölkəsindən xeyli irəlidə olmasını həzm edə bilmirlər. Onun əlamətlərindən biri də "Freedom House"un qeyri-obyektiv reytinq cədvəlləridir. Ancaq hər nə olsa da, fakt faktlığında qalır: Azərbaycan bu regionun parlayan ulduzudur. Onun inkişafının qarşısını kəsməyə çalışan hər bir qüvvənin arzusu gözündə qalacaq. Azərbaycana atılan heç bir ləkə özünü doğrultmayacaq. Çünki "Azərbaycan dünyaya doğan bir Günəşdir"! Günəş isə ləkə götürmür.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib