HƏMAS-ın hücumu nəticəsində ölən fransızların sayı 21 nəfərə çatıb
Bakı, 17 oktyabr, AZƏRTAC
HƏMAS hərəkatının İsrailə hücumu nəticəsində həlak olan Fransa vətəndaşlarının sayı 21 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“HƏMAS hərəkatının İsrailə hücumu nəticəsində daha iki fransalı ölüb. Beləliklə, münaqişə qurbanı olan Fransa vətəndaşlarının sayı 21 nəfərə çatıb”, - deyə məlumatda bildirilir.
Xarici siyasət qurumunun məlumatına görə, hazırda Fransa vətəndaşlığı olan 11 nəfər itkin düşmüş sayılır. Onların bir hissəsi HƏMAS-ın əsirliyində ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]