Hepatit xəstəliyinin qarşısının alınması üçün Şəki gəncləri arasında maarifləndirmə işləri aparılır
Bakı, 3 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə reallaşdırılan “Mən ailəmi qoruyuram!” layihəsi çərçivəsində Şəki şəhərində ikigünlük seminar keçirilmişdir.
Bu barədə AZƏRTAC-a layihənin rəhbəri, Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi Günay Əliyeva məlumat vermişdir.
Seminarda xəstəxananın baş həkimi Məcid Əliyev çıxış edərək hepatit xəstəliyinin qarşısının alınması üçün gənclər arasında maarifləndirilmə işinin aparılmasının vacibliyini vurğulamışdır.
Layihənin məqsədi əsrimizin bəlalarından birinə çevrilmiş hepatit xəstəliyinə yoluxma hallarının maarifçilik yolu ilə azaldılmasına çalışmaq, eləcə də Şəki gənclərinin öz ailələrini gələcəkdə bu bəladan qorumaq üçün ətraflı məlumata sahib olmalarını təmin etməkdir.
Qeyd edək ki, bu gün dünyada hepatit virusundan 500 milyondan çox insan əziyyət çəkir. Hər il 500 min nəfərdən çox insan bu xəstəlik üzündən həyatını itirir. Bunun ən başlıca səbəbi isə hepatit virusu haqqında insanların məlumatlarının olmamasıdır.
Seminarda iştirak edən gənclər “Grand Hospital”da hepatitdən müayinə olunmaları üçün pulsuz müayinə kuponları da alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]