Heydər Əliyev ideyaları əbədiyaşardır
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayan F.Qurbanov Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.
Nazir müavini Ulu Öndərin təhsil sahəsinə daim xüsusi diqqət göstərdiyini xatırladıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının Təhsil Nazirliyi ərazi ilk partiya təşkilatının sədri Rauf Orucov, nazirliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Əsgər Quliyev və başqaları Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıblar.
Sonra Təhsil Nazirliyinin YAP-a yeni üzv qəbul olunmuş əməkdaşlarına vəsiqələr təqdim edilib.