“HEYDƏR ƏLİYEV İQTİSADİ İDARƏETMƏ MƏKTƏBİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 26-da Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilmişdir.
Əvvəlcə iştirakçılar Departamentin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Vergilər naziri Fazil Məmmədov məşğələni açaraq ümummilli liderin şərəfli siyasi fəaliyyəti barədə danışmışdır. O demişdir ki, tarixdə hər bir xalqın özünün lideri və dahi şəxsiyyətləri olmuşdur. Bu şəxsiyyətlərin həyatı, idarəçilik üsulu daim öyrənilmişdir. Türk xalqı müasir dövlətçiliyi üçün Mustafa Kamal Atatürkə, ingilislər Çörçillə, amerikalılar Avraam Linkolna və Ruzveltə, fransızlar Şarl De Qola minnətdar olduqları kimi, Azərbaycan xalqı da öz dahi oğlu və xilaskarı Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dünya miqyaslı bir şəxsiyyət olması ilə fəxr edir.
F.Məmmədov bildirmişdir ki, Heydər Əliyevin iqtisadi idarəetmə irsinin öyrənilməsi, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması iqtisadi qurumların başlıca vəzifələrindən biridir.
Məşğələdə akademik, məktəbin elmi məsləhət şurasının sədri Asəf Nadirov, şuranın üzvləri - Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, parlamentin deputatı, professor Xanhüseyn Kazımlı, Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, professorlar Sadıq Salahov və Cavanşir Qocayev cıxış etmişlər.
Nazir Fazil Məmmədov məşğələyə yekun vurmuşdur.
######
