MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayı Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edəcək
Bakı, 3 aprel, AZƏRTAC
Heydər Əliyev Sarayı Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı konsert proqramı təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, aprel ayının 29-u saat 19:00-da Sarayın “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı möhtəşəm konsert proqramı hazırlanır.
Gecədə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri ifa edəcək.
Biletləri “iticket.az”dan onlayn və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [16:40]
“Əsrə bərabər gün” tamaşasına baxış
- 20.05.2024 [16:27]
Mərdəkanda “Açıq səma altında” pleneri keçirilib
- 20.05.2024 [16:12]
Bakıda qırğız Xalq yazıçısının əsərinin təqdimatı keçiriləcək
- 20.05.2024 [14:38]
Azərbaycan Özbəkistanda beynəlxalq festivalda təmsil olunub
- 20.05.2024 [14:20]