Hindistanda karantin rejiminin vaxtı uzadılıb
Pekin, 14 aprel, AZƏRTAC
Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar martın 25-də elan olunmuş 21 günlük xüsusi karantin rejimimin qüvvədə olma vaxtı uzadılıb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Narendra Modi televiziya ilə xalqa müraciətində ölkə üzrə karantin rejiminin mayın 3-dək uzadıldığını, hökumətin bununla virusun daha çox yayılmasının qarşısını almağa çalışdığını açıqlayıb. O, epidemioloji vəziyyətə uyğun olaraq aprelin 20-dən sonra bəzi qadağaların yumşaldıla biləcəyini də deyib.
Xüsusi karantin rejiminin tətbiqinin yalnız iqtisadi zərərlə qiymətləndirilməsinin düzgün olmadığını bildirən Baş Nazir deyib ki, əhalinin sağlamlığını heç nə ilə müqayisə etmək olmaz.
Qeyd edək ki, son məlumata əsasən Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 10 min 363 nəfərə, virus səbəbindən ölənlərin sayının isə 339-a çatıb. Ölkədə 284 yaşayış məntəqəsində yoluxma halları qeydə alınıb. Bir həftə əvvəl bu rəqəm 211 idi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]