HP ŞİRKƏTİ BAKIDA BLEYD-TEXNOLOGİYALAR ÜZRƏ SEMİNAR KEÇİRMİŞDİR
HP şirkəti Bakıda “HP BladeSystem infrastrukturu - müasir müəssisənin İT sisteminin ən yaxşı əsasıdır” mövzusunda seminar keçirmişdir. Seminar HP-nin baş texniki məsləhətçisi Aleksandr Qolovçenkonun iştirakı ilə hökumət və özəl sektorları təmsil edən informasiya texnologiyaları mütəxəssisləri üçün təşkil edilmişdir.
Şirkətin ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “HP BladeSystem infrastrukturu müasir müəssisənin informasiya texnologiyaları sisteminin ən yaxşı əsasıdır” və “HP BladeSystem istifadəsinin üstünlükləri - qiymət, enerji səmərəliliyi, idarəolunma qabiliyyəti, təhlükəsizlik” mövzularında təqdimat olmuşdur.
HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov sözügedən texnologiyanın əhəmiyyətindən danışmış, Aleksandr Qolovçenko HP serverlərin müxtəlif regionların bazarlarında tutduğu yerlər barədə məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:30]
BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]