SİYASƏT
Hyuston meri Azərbaycan nümayəndə heyətini qəbul etmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079269093744228266_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269093723323155_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269093787143921_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269092769230364_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269094835242728_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269091909510290_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269093031758058_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269094170255158_1200x630.jpg)
Vaşinqton, 11 noyabr (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ARDNŞ-in Hyustonda səfərdə olan nümayəndə heyətinin üzvləri şəhər meri Annis Parker ilə görüşmüşlər.
Səfir Hyuston administrasiyasının rəhbərini yenidən mer vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və Azərbaycan-ABŞ münasibətlərinə yetirilən diqqətə görə təşəkkürünü bildirmişdir.
E.Süleymanov qeyd etmişdir ki, Hyustondakı Azərbaycan icması son illər günbəgün genişlənir. Hyuston şəhəri müəyyən mənada ABŞ-da Azərbaycan mədəniyyəti paytaxtına çevrilmişdir.
ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı ilə Hyuston arasında münasibətlərin inkişafına göstərilən köməyə görə A.Parkerə təşəkkür etmişdir.
Şəhər meri də öz növbəsində nümayəndə heyətinin üzvlərinin Hyustona göstərdikləri marağa görə onlara, habelə Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovaya ikitərəfli münasibətlərin inkişafında fəal iştirakına görə təşəkkür etmişdir. Yeni layihələrin həyata keçirilməsi ilə bağlı bır sıra məsələlər müzakirə edilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton