“I əməliyyatı və Şurikin digər macəraları” filminin aktrisası vəfat edib
Bakı, 1 fevral, AZƏRTAC
Rusiyanın Əməkdar artisti Valentina Berezutskaya ömrünün 87-ci ilində dünyasını dəyişib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Aktrisa karyerası ərzində 200-dən çox ekran əsərində rol alıb. O, “I əməliyyatı və Şurikin digər macəraları”, “Durnalar uçur”, “Əsgər haqqında ballada”, “Pokrov qapıları”, “Əlahəzrətin adyutantı” və başqa ekran əsərlərində oynadığı rola görə tamaşaçıların rəğbətini qazanıb.