Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” sərgisində stendlə təmsil olunacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” sərgisində stendlə təmsil olunacaq

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 3-dən 5-nə kimi Bakı Ekspo Mərkəzində keçiriləcək “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi stendlə təmsil olunacaq. Bu stend vasitəsilə sərgi iştirakçıları və ziyarətçilər icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova AZƏRTAC-a bildirilib ki, agentlik sərgidə 72 kvadratmetr sahədə quraşdırılmış xüsusi stendlə təmsil olunur. Stenddə yerləşdiriləcək maketlər vasitəsilə ziyarətçilərə icbari tibbi sığorta sisteminin işləmə mexanizmi aydın şəkildə təqdim olunacaq. Həmçinin stenddə quraşdırılan toxunma ekranlı monitor (touch screen) və çap materialları vasitəsilə ziyarətçilər icbari tibbi sığortaya aid məsələlər haqqında ətraflı məlumat əldə edə biləcəklər. Monitorda vətəndaşlar və həkimlər üçün məlumatlar ayrı-ayrı səhifələrdə təqdim ediləcək. Bu həm vətəndaşların, həm də həkimlərin onlara lazım olan məlumatları daha rahat tapmasına şərait yaratmaq məqsədilə edilib.

Ziyarətçilər eyni zamanda icbari tibbi sığorta ilə bağlı onları maraqlandıran sualları şəxsən agentliyin stendində təmsil olunan əməkdaşlara da ünvanlaya biləcəklər.

Bununla yanaşı, agentliyin informasiya texnologiyaları sahəsindəki layihələri - “e-Təbib” mobil tətbiqi və “Diabetim.az - Virtual Diabet Məktəbi” də sərgi iştirakçıları və ziyarətçilərinə təqdim olunacaq. İştirakçılara və ziyarətçilərə agentliyin IT layihələri və gələcək planları ilə bağlı ətraflı məlumatlar veriləcək.

Stenddə sərgi iştirakçıları icbari tibbi sığorta ilə bağlı 7 mövzuda maarifləndirici çap materialları ilə də tanış olmaq imkanı əldə edəcəklər.

Sərginin əhəmiyyətindən danışan A.Əhmədova bildirib ki, sərginin əhəmiyyəti çoxşaxəli, nəticələri isə uzunmüddətlidir: “Burada yalnız konkret olaraq hansısa məqsədə çatmağa istiqamətlənmək doğru olmaz. Sərgi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıqların inkişafına, əməkdaşlıq əlaqələrinin qurulmasına, kommunikasiya münasibətlərinin güclənməsinə bir imkan yaradır.

Eyni zamanda sərginin ekspozisiyası dünyanın bir sıra ölkələrindən 90-dan çox şirkəti birləşdirir. Bu da beynəlxalq müstəvidə əməkdaşlıq platformasında yeni imkanların yaradılması deməkdir.

Bütün bu üstünlüklərlə yanaşı, əlbəttə ki, agentliyin sərgidə iştirakının sırf fəaliyyəti ilə bağlı məqsədi var. Bu da Azərbaycanda tətbiq olunan icbari tibbi sığorta sisteminin həm yerli, həm də beynəlxalq müstəvidə nümayişidir. Burada ziyarətçilər ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta sistemindən istifadə qaydası, xidmətlər zərfi, sığortanın tətbiq olunduğu tibb müəssisələri və fəaliyyətimizlə bağlı digər məsələlər barədə məlumat əldə edəcəklər.

Ölkəmizdə ilk dəfə belə əsaslı bir səhiyyə islahatının - icbari tibbi sığortanın həyata keçirildiyini nəzərə alsaq, bütün sərgi iştirakçılarını və ziyarətçilərini agentliyin stendində görmək, onlarla sığorta barədə məlumatları paylaşmaq maraqlı olardı.

Düşünürəm ki, ixtisaslaşmış beynəlxalq sərgilər qarşılıqlı təbliğat üçün əlverişli platformadır. Beynəlxalq sərgilər ölkənin tanıdılmasında, yeni tərəfdaşların qazanılmasında, iştirakçı ölkələr arasında müxtəlif sahələr üzrə əlaqələrin inkişafının təmin edilməsində mühüm yer tutur. İnnovativ texnologiyaların ildən-ilə sürətlə inkişaf etdiyini də nəzərə alsaq, bütün sahələrdə, istər tibb olsun, istər təhsil, turizm və digər sahələrdə tətbiq edilən yeniliklərdən xəbərdar olmaq üçün sərginin təşkili mükəmməl fürsətdir.

Tibb sahəsində keçirilən sərgilər də Azərbaycan səhiyyəsinin inkişafında böyük rol oynayır. Sərgi tibb sahəsindəki müasir təcrübələrə əsaslanan innovativ yeniliklərin ölkəmizin istər özəl, istərsə də dövlət tibb müəssisələrində tətbiqinə xidmət etmiş olacaq. Nəticə etibarı ilə tibb müəssisələrinin maddi-texniki təminatı daha da yaxşılaşacaq, bu da öz növbəsində ölkədə icbari tibbi sığortanın uğurlu tətbiqinə, əhaliyə daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə və vətəndaş məmnunluğunun artmasına imkan yaradacaq.

Tibbi xidmətlərin keyfiyyətinin artırılması əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Tibbi innovasiyaların məqsədi müayinə və müalicə proseslərinin səmərəliyinin, effektivliyinin yüksəldilməsinə imkan açır. Belə ki, tibdə yeni texnologiyaların tətbiqi tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, nəticə etibarı ilə sonrakı mərhələlərdə tibbi xərclərin azalması deməkdir. Bu da əhaliyə daha çox sayda tibbi xidmətin göstərilməsi üçün maliyyə resurslarının həmin istiqamətdə ayrılmasına və beləliklə də, icbari tibbi sığortanın xidmətlər zərfinin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verə bilər. Bu vəzifələrin yerinə yetirilməsində maraqlı tərəflərin hər biri ilə əməkdaşlıq etməyə hazırıq.

Bu səbəbdən agentlik olaraq biz də yeni texnologiyaların tətbiqində ən maraqlı qurumlardan biriyik. Əminik ki, açılışına hazırlaşdığımız sərgi əməkdaşlığımızın hüdudlarını daha da genişləndirəcək”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq