Azərbaycan Dövlət İnformasiya Agentliyi

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub

Rabat, 4 may, AZƏRTAC

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən “İslam dünyasında münaqişə və münaqişədənsonrakı dövrdə mədəni irsin idarə edilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”nın (“Natavan Heritage Excellence Award”) ilk təqdimat mərasimi olub.

2025-ci ildə təsis olunan və Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə adlandırılan mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək baxımından əhəmiyyət daşıyır. “Natəvan Mədəni İrs Mükafatı” ölkəmizin milli dəyərlərinin qorunmasını, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində də xüsusi rol oynayır. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat, həmçinin azərbaycanlı şairənin xatirəsinə ehtiram olmaqla, Qarabağın zəngin mədəni irsini yaşadır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İordaniya şahzadəsi, Petra Milli İnam Fondunun prezidenti, Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının vitse-prezidenti Dana Firas iştirak ediblər.

İki ildən bir təqdim ediləcək “Natəvan Mədəni İrs Mükafatı” iki kateqoriyada - fərdi və layihə kateqoriyalarında qaliblərə verilir. Şərtlərə görə, layihə ICESCO-ya üzv ölkələrdən birində reallaşmalı, maddi-mədəni irsin qorunmasına və bərpasına yönəlməlidir.

Bu dəfə mükafata ICESCO-ya üzv ölkələrdən çoxsaylı müraciətlər daxil olmuş və onlardan 54-ü baxılmaq üçün qəbul edilmişdi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə “Layihə kateqoriyası” üzrə “Hebron/Əl-Xəlil Köhnə Şəhər Dükanlarının Bərpası: irsin qorunması və yerli iqtisadiyyatın canlandırılması üçün inteqrə olunmuş model” layihəsi üzrə Hebron Reabilitasiya Komitəsi (Fələstin) seçilib. Hebron/Əl-Xəlil köhnə şəhəri, o cümlədən İbrahim məscidi 2017-ci ildə UNESCO-nun Təhlükə Altında Olan Dünya İrs Siyahısına daxil edilib. Həmçinin 2020-ci ildə ICESCO-nun İslam Dünyası İrs Siyahısına salınıb və 2027-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

“Fərdi müraciət” üzrə isə İraq vətəndaşı Əyyub Thanun Yunis Əl-Faris qalib olub. Mosul İrs Fondunun təsisçisi və prezidenti olan Əyyub Thanun Yunis Əl-Faris İslam dünyasında ən çox zərər görmüş şəhər irsi mühitlərindən birində “irsin davamlılığı”nın nümunəsini göstərir. O, “Böhran dövründə mədəni irs üçün ilkin yardım” və “Dünya İrsi Gənc Peşəkarlar Proqramı” üzrə ixtisaslaşmış təlimlər keçib, UNESCO-nun Mosul təşəbbüsü üzrə səfiridir. Gənc mütəxəssis kimi onun bütün səyləri münaqişədənsonrakı çoxmillətli mühitdə kimliyin və sosial birliyin bərpasına yönəlib.

“İslam dünyasında münaqişə və münaqişədənsonrakı dövrdə mədəni irsin idarə edilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan ilə ICESCO arasında əlaqələr, o cümlədən 2024-cü ildə Şuşada Heydər Əliyev Fondu ilə ICESCO arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq layihələri barədə danışıb. O, multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyini, bunun ardından isə 2025-ci ildə ICESCO çərçivəsində “Natəvan Mədəni İrs Mükafatı”nın təsis olunmasının xüsusi əhəmiyyətini qeyd edib. ICESCO ilə səmərəli əməkdaşlıqda Azərbaycan Prezidenti İlham Əliyevin və ICESCO-nun xoşməramlı səfiri qismində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səylərinin bilavasitə rol oynadığı qeyd olunub.

Çıxış zamanı müasir dünyada baş verən çoxsaylı münaqişələr fövqündə İslam aləmində mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunulub, bu istiqamətdə Heydər Əliyev Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verilib. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında dağıdılmış mədəni irs nümunələrinin bərpası istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi abidələr, məscidlər barədə məlumat verilib.

Qeyd edilib ki, həyata keçirilən layihələr yalnız ölkə daxilini əhatə etmir. Fond beynəlxalq miqyasda, eləcə də Afrika qitəsində fəal iştirak edir. Xüsusilə ICESCO ilə əməkdaşlıq çərçivəsində Burkina-Fasoda və digər ölkələrdə təhsil sahəsində müxtəlif layihələr uğurla icra olunub.

Vurğulanıb ki, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvanın adını daşıyan mükafat mədəni irsin qorunmasında seçilən şəxslərə verilir. Xurşidbanu Natəvan öz həyatını Qarabağın çiçəklənməsinə həsr edib. O, yalnız poeziya və ədəbiyyat sahələrində deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayıb, xeyriyyəçilik fəaliyyəti ilə yadda qalıb.

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən şairə Xurşidbanu Natəvana həsr olunan Azərbaycan xalçası ICESCO qərargahına hədiyyə edilib.

“Natəvan Mədəni İrs Mükafatı”nın münsiflər heyətində təmsil olunan İordaniya şahzadəsi Dana Firas mükafatın, xüsusilə münaqişələr zamanı mədəni irs abidələrinin dağılma təhlükəsi ilə üzləşdiyi dövrdə əhəmiyyətini vurğulayıb. O, bir sıra məkanlarda, o cümlədən Hələb, Mosul, Tumbuktuda mədəni və tarixi irsin qorunmasında bir sıra uğurlu layihələrin və təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu kontekstdə “Natəvan Mədəni İrs Mükafatı”nın təcrübə mübadiləsi, savadlılığın artırılması, İslam dünyasında uğurlu təşəbbüslərin təbliği baxımdan vaxtında irəli sürülmüş təşəbbüs olduğu qeyd edilib.

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında bildirib ki, İslam dünyasının müxtəlif bölgələrində baş verən münaqişələr nəticəsində yüzlərlə milli irs nümunəsi ya zərər görüb, ya da tamamilə məhv edilib. O qeyd edib ki, Dünya İrs Siyahısına daxil olan 27-dən çox abidə hazırda ciddi təhlükə altındadır.

ICESCO-nun mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Baş direktor vurğulayıb ki, işğal dövründə Azərbaycanın Qarabağ bölgəsinə, o cümlədən Şuşa şəhərinə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə xüsusi missiya göndərilib. Missiya çərçivəsində 120-dən çox tarixi və mədəni irs abidəsinə baxış keçirilib, onların qorunması və bərpası üçün hərtərəfli fəaliyyət planı hazırlanıb.

Bildirilib ki, təşkilat tərəfindən Suriya ərazisində də mədəni irs nümunələrinin mövcud vəziyyətini müəyyənləşdirmək məqsədilə yaxın vaxtlarda analoji missiyanın həyata keçirilməsi planlaşdırılır.

Sonda Səlim əl-Malik qeyd edib ki, ICESCO Azərbaycanla, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığa böyük önəm verir. O, Heydər Əliyev Fondunun Azərbaycanda mədəniyyət sahəsində mühüm və genişmiqyaslı layihələr həyata keçirməsinə də toxunub.

Konfransda çıxış edən Fələstin Dövlətinin turizm naziri Hani Al-Hayik Hebron şəhərinin bərpası üzrə layihənin qalib seçilməsi və bununla da bu layihəyə dəstək göstərilməsinə görə təşəkkürünü bildirib.

“Natəvan Mədəni İrs Mükafatı”nin ilk mükafatçıları təqdim olunan layihələrə göstərilən diqqətə və belə bir beynəlxalq mükafata layiq görülmələrinə görə ICESCO-ya və Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Daha sonra qonaqlar ICESCO nəzdində təşkil edilmiş Sultan Qabus Kitabxanası və münaqişə zonalarında bərpa layihələri üzrə ən yaxşı təcrübələrə həsr olunmuş fotosərgi ilə tanış olub. Sərgidə 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizdə dağıdılmış tarixi-mədəni, dini abidələrin bərpası üzrə görülmüş işlər, bu istiqamətdə Heydər Əliyev Fondunun Qarabağda həyata keçirdiyi layihələrə dair fotolar yer alıb.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin görüşü keçirilib. Görüş zamanı Azərbaycan və digər ölkələrdə gələcək birgə layihələr müzakirə olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim