İcra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bakı, 8 may, AZƏRTAC
Babək Rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:52]
Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]