İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının növbəti konsert proqramı Gəncədə təqdim olunub
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Oktyabrın 18-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının növbəti konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən konsertdə Xalq artisti Rafael Bayramovun baş dirijorluğu ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri çıxış edib.
Proqramda Xalq artisti Sevinc İbrahimova, beynəlxalq müsabiqələr laureatı Fuad Muradov, Əməkdar artistlər Kəmalə Tağızadə və Tural Abdullayevin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.