İlin son “Ulduz”u
Bakı, 3 dekabr, AZƏRTAC
“Ulduz” jurnalının noyabr-dekabr nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnal Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” yazısı ilə açılır.
“Şeir vaxtı”nda Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdullanın şeirləri, “Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri yer alır.
Qulu Ağsəs “Altı və sıfır”dan sonra extra time” essesi ilə oxucularını salamlayır. Şahanə Müşfiq “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açır.
“Tərcümə saatı” Marina Svetayevanın şeirlərini və Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısını təqdim edir. “Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya Sevdalinkası: “Həsən Ağanın Xanımı”, Şəbnəm Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadə "Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intibahı" yazıları yer alır.
Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da bu sayda təqdim olunur.
“Dərgidə kitab”da İmir Məmmədli “Sazlı-sözlü Sibir: Simusid” əsəri, “Dərgidə sərgi”də isə rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [12:11]
Türkiyədə Azərbaycan Kino Günləri davam edir
- 09.05.2026 [07:19]
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub
- 08.05.2026 [22:09]
Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti
- 08.05.2026 [21:10]
Qarsda Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş konsert olub
- 08.05.2026 [20:51]
Bakıda “Azərbaycan memarlıq irsinin dühası” kitabının təqdimatı keçirilib
- 08.05.2026 [20:39]
VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]
Naxçıvanda “Şərqin qapısı” teatr festivalı başlayıb
- 08.05.2026 [23:33]
Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib
- 08.05.2026 [23:25]
Zelenski üçgünlük atəşkəsi təsdiqləyib
- 08.05.2026 [22:56]
Ulu Öndərin xatirəsi Türkmənistanda anılıb
- 08.05.2026 [22:45]
Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib
- 08.05.2026 [22:27]
Azərbaycanın paraüzgüçüsü Dünya seriyasında bürünc medal qazanıb
- 08.05.2026 [22:21]
Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti
- 08.05.2026 [22:09]
Premyer Liqa: Çempion “Kəpəz”ə uduzub
- 08.05.2026 [21:51]
Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanıb
- 08.05.2026 [21:49]
Yevlaxda yeni yaşıllıqlar salınıb
- 08.05.2026 [21:45]
BMT: Somalidə aclıq böhranı kritik həddə çatıb
- 08.05.2026 [21:44]