İnandırma psixologiyası və manipulyasiya – tələbələr üçün təlim
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən tanınmış araşdırmaçı və neyromarketinq eksperti Orxan Şahbazın iştirakı ilə “İnsan tanımaq 2.0: inandırma psixologiyası və manipulyasiya” mövzusunda təlim keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, 500 nəfərədək tələbənin iştirak etdiyi təlimdə Orxan Şahbaz insanlarla ünsiyyət qurma, iş prosesində inandırma, manipulyasiya və marketinq manevrlərinin tətbiqinin gənclərin gələcək karyeralarına olan təsirindən bəhs edib.
Dövrümüz üçün aktuallığı ilə seçilən mövzu tələbələrin marağına səbəb olub.
Yekunda təlimçi Orxan Şahbaz tələbələrin suallarını cavablandırıb.