İNCƏSƏNƏT İNSTİTUTUNDA MAQSUD ŞEYXZADƏNİN 95 İLLİYİ QEYD OLUNMUŞDUR
İnstitutun birinci prorektoru, dosent Möhsün Qəniyev məclisi açaraq demişdir ki, Maqsud Şeyxzadə Azərbaycan və özbək xalqlarının böyük oğludur. 1928-ci ildə Daşkəndə gələn Maqsud Şeyxzadə ömrünün sonunadək burada yaşamış, özbək ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir.
“Şəhidlər xatirəsi” fondunun sədri, professor Naim Kərimov, filologiya elmləri namizədi Suyma Qəniyeva, professor Lalə Xocayeva və başqaları Maqsud Şeyxzadənin özbək ədəbiyyatının inkişafındakı xidmətlərindən danışmışlar. Özbəkistanın xalq yazıçısı Şükrulla M.Şeyxzadəni “Özbək ədəbiyyatının Şekspiri” adlandırmışdır.
Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov mərasimdə çıxış edərək demişdir: “Mən çox şadam ki, bu böyük şəxsiyyətlə görüşmək, söhbət etmək mənə nəsib olub. Atam Şeyxlə (ona belə də müraciət olunub) yaxın dost idi və biz tez-tez onun evində olar, həyat yoldaşı Səkinə xanımın pürrəngi çayından içərdik”. Sonra səfir məclisin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.
İncəsənət İnstitutunun nəzdindəki tədris teatrının aktyorları M.Şeyxzadənin əsərlərindən parçalar göstərmiş, Özbəkistanın xalq artisti Teymurməlik Yunusov şairin şerlərini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:14]
Teatr sənətinin vurğunu
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]