İngiltərə Premyer Liqası: “Mançester Siti” Rahim Sterlinqin sayəsində “Vatford”u məğlub edib
Bakı, 10 mart, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasının XXX turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin hazırkı lideri “Manşester Siti” doğma azarkeşlər önündə “Vatford” komandasını qəbul edib.
Görüş şəhərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrinin heyətində hər üç qolu Rahim Sterlinq (46, 50, 59) vurub. Qonaqların isə yeganə qoluna Gerard Delafeo (66) imza atıb.
Bu qələbədən sonra xalların sayını 74-ə çatdıran “Mançester Siti” turnir cədvəlində liderliyi davam etdirir, “Vatford” isə 43 xalla 8-ci yerdə qərarlaşıb.
Premyer Liqanın iddialı komandalarından sayılan “Tottenhem” səfərdə “Southemton”a gözlənilmədən məğlub olub - 2:1.
Turun digər oyunlarının nəticələrini təqdim edirik:
“Kristal Palas” - “Brayton” - 1:2;
“Kardiff Siti” - “Vest Ham” - 2:0;
“Haddersfild” - “Bormunt” - 0:2;
“Lester Siti” - “Fulhem” - 3:1;
“Nyukasl” - “Everton” - 3:2.
Qeyd edək ki, tura martın 10-da “Liverpul” - “Börnli”, “Çelsi” - “Volverhemton”, “Arsenal” - “Mançester Yunayted” oyunları ilə yekun vurulacaq.