İngiltərə Premyer Liqasının növbəti mövsümünün oyunları azarkeşsiz keçirilə bilər
Bakı, 4 may, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün oyunları azarkeşsiz keçirilə bilər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu haqda “Sky Sports” informasiya yayıb.
Premyer Liqa rəhbərliyinin və klubların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda mövsümün oyunlarının bərpası üçün razılığa gəlinib. Mənbə, həmçinin bildirir ki, hökumətdən icazə alınacağı təqdirdə çempionatın oyunlarına start veriləcək.
Bundan əvvəl Premyer Liqa rəhbərliyi mövsümün erkən başa çatması məsələsini də nəzərdən keçirmişdi. Bir milyard funt sterlinq məbləğində mümkün maliyyə itkisi təhlükəsi ilə əlaqədar heç bir klub bu məsələyə razılıq verməyib.
Xatırladaq ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb. Turnirin qalan 92 oyunu qeyri-müəyyən vaxtadək təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]