Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnsan hüquqları ABŞ-a müstəqil dövlətlərə təzyiq vasitəsi kimi lazımdır - ŞƏRH

İnsan hüquqları ABŞ-a müstəqil dövlətlərə təzyiq vasitəsi kimi lazımdır -  ŞƏRH

Bakı, 21 sentyabr, Rabil Kətanov, AZƏRTAC

Müasir dövrümüzdə qlobal siyasi proseslərin istiqamətini korporativ maraqlar naminə dəyişmək üçün insan hüquq və azadlıqları, söz və mətbuat azadlığı kimi anlayışlardan çox geniş formada istifadə olunur. Daha dəqiq desək, demokratik dəyərlərdən sui-istifadə edilir və böyük dövlətlər bu vasitələrlə kiçik ölkələrə təzyiq göstərərək onları müstəqil siyasətdən yayındırır, zorla özlərinin müttəfiqinə və geosiyasi proseslərin “qaynar” nöqtəsinə çevirir. Bu gün dünyada baş verən silahlı və qanlı toqquşmalara diqqət etsək, yuxarıda deyilənlərin təsdiqini taparıq. Ukrayna, Suriya, İraq, Gürcüstan və digər “qaynar nöqtələr” supergüclərin rəqabət arenasına çevrilib ki, burada da əziyyət çəkən yerli xalqlardır. Halbuki yüksək tribunalardan səsləndirilən “demokratik dəyərlər”, “insan hüquqları” xalqların firavanlığı üçündür. Reallıqda isə “azadlıq” yolunu seçən xalqlara nədənsə “azad” və “firavan” olmağa imkan verilmir, onlar daha pis vəziyyətə sürüklənir, məhrumiyyətlərlə üz-üzə qalır.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ, Fransa, Almaniya və bu kimi digər dövlətlər öz “demokratik quruluşları”nda baş verən qanun pozuntularını, insanlara qarşı hakimiyyətin törətdiyi cinayətləri görməzdən gəlir, bunu mətbuatda yayımlanmasına imkan verilmir. Lakin Azərbaycan və onun kimi başqa dövlətlərdə adını “jurnalist” və ya “siyasi xadim” qoyan bir nəfərin ayağının büdrəyib yıxılması böyük ajiotaja səbəb olur. Bunun məqsədi yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanı öz yolundan döndərmək, başqa dövlətə qarşı qoyub prosesi öz korporativ maraqlarına uyğun idarə etməkdir.

Bəs dünya demokratiyasının simvolu sayılan ABŞ-da insan hüquq və azadlıqlarının vəziyyəti necədir? Beynəlxalq mətbuat bu barədə geniş yazılar və reportajlar verməsə də, onların pozulması ilə bağlı çoxlu faktlar mövcuddur.

Amerika Vətəndaş Azadlığının Müdafiəsi İttifaqının (American Civil Liberties Union – ACLU) proqram direktoru Camil Dakvar (Jamil Dakwar) 2023-cü ilin noyabrında BMT-nin İnsan Hüquqları Komitəsi üçün hazırladığı hesabatda qeyd edir ki, ABŞ insan hüquqlarının müdafiəçisi qismində çıxış etsə də, əsl həqiqət tamamilə başqadır. Amerikada məişət zorakılığından tutmuş həbsxanalara qədər hər yerdə insan hüquqlarına barmaqarası baxılır. Polis özbaşınalığı, dövlət orqanlarının qaradərililərə və miqrantlara biganə münasibəti hər addımda hiss olunacaq dərəcədədir.

“Amnesty International” təşkilatının hesabatında diqqətə çatdırılır ki, Cozef Bayden Prezident seçildikdən sonra ABŞ-da insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması haqqında tezislər irəli sürərək böyük işlər görəcəyini bəyan etdi. Lakin vəziyyət nəinki düzəlmədi, əksinə, daha da pisləşdi. Belə ki, ABŞ-ın 36 ştatında qanunvericilik orqanlarına azadlıqları məhdudlaşdıran 80-dən çox qanun layihəsi təqdim olundu. Həmin qanun layihələri ABŞ-ın 10 ştatında qəbul edilərək qüvvəyə mindi. Bu qanunlara əsasən, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıldı, yolların bağlanması və abidələrin korlanması üçün nəzərdə tutulan cəza tədbirləri daha da sərtləşdi, qaradərililərə qarşı polisin qəddar davranışı artdı. 2020-ci ildə silah tətbiqi nəticəsində 44 min nəfərdən çox öldürülüb ki, bunların heç biri araşdırılmayıb.

Con Hopkins Universitetinin araşdırmasının nəticələrinə görə, 2022-ci ilin fevralında COVID-19 virusuna yoluxanların təsdiqlənmiş sayı 78 milyon nəfərə olmuşdu və onların da 940 min nəfəri heç bir müalicə almaq imkanı olmadığı üçün həyatını itirib. Ağ Ev administrasiyası pandemiya dövründə vətəndaşların müalicəsini, sosial təminatını nəinki ödəyə bilmədi, əksinə, hüquq və azadlıqların məhdudlaşdırılması barədə qanunlar qəbul edərək onları taleyin hökmünə buraxdı.

Ümumi İqtisadi İnkişaf Məsələləri üzrə Lüdviq İnstitutunun ekspertləri 2024-cü ilin fevralında hazırladıqları hesabatda qeyd ediblər ki, ABŞ administrasiyası ölkədəki işsizlərin sayını bilərəkdən azaldır. Hesabatda vurğulanır ki, ABŞ-da iş qabiliyyəti olan əhalinin 24,9 faizi işsizdir və dövlətdən heç bir kompensasiya almır.

Etnik, irqi və dini zəmində zorakılıq halları ABŞ cəmiyyətində adı hala çevrilib və artmaqda davam edir. Məsələnin problemli tərəfi ondan ibarətdir ki, afroamerikalılara qarşı törədilən cinayət hadisələri polis tərəfindən ya araşdırılmır, ya da araşdırmanın nəticəsi ilə bağlı ədalətli qərar verilmir. Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, 2022-ci ildə irqi dözümsüzlük zəminində 11 min 288 cinayət hadisəsi qeydə alınıb ki, bunların da 30 faizindən çoxu ölümlə nəticələnib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünyada insanların bərabərliyini təşviq edən ABŞ hökuməti ölkə daxilində bu kimi problemlərin həllini ya tapa bilmir, ya da tapmaq istəmir.

2023-cü ilin oktyabrında CNN televiziyasının yayımladığı xəbərdə bildirildi ki, ABŞ-ın İllinoys ştatında evini Fələstindən olan qaçqın ailəyə kirayə verən 71 yaşlı kişi bıçaqla 6 yaşlı uşağa hücum edib və 26 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Uşağın anası da ağır xəsarətlər alıb. Həmin ilin noyabrında Ağ Ev bu cinayət hadisəsinə reaksiya vermək məcburiyyətində qaldı və islamofobiyaya qarşı yeni strategiya hazırladığını bəyan etdi. Lakin hələlik dəyişən heç nə yoxdur.

Yuxarıda göstərilən faktlar bir daha onu deməyə əsas verir ki, ABŞ Konqresi bu və ya digər ölkədə insan hüquqlarının vəziyyətini müzakirə edib onu sanksiyalarla hədələmək əvəzinə, başını qaldırıb ölkə daxilindəki vəziyyətlə maraqlansa, cəmiyyət üçün daha faydalı olar.

Artıq bütün dünyada böyük dövlətlərin insan hüquq və azadlıqlarından sui-istifadə etdikləri gün kimi aydındır. Bunların siyasi xarakter daşıması haqqında minlərlə fakt sadalamaq olar.

Azərbaycan 44 günlük müharibədə Qələbə qazanmaqla ərazi bütövlüyünü bərpa etməklə bəzi dövlətlərin iradəsinə deyil, xalqın iradəsinə uyğun addımlar atdı. Bu isə, yumşaq dillə desək, bəzilərinin xoşuna gəlmədi. Buna görə də Azərbaycanda insan hüquqlarının vəziyyəti yada düşdü. Bəs Azərbaycanın Qarabağ regionu işğal olunanda, orada yaşayan azərbaycanlılar qaçqın düşəndə insan hüquqlarının müdafiəçiləri harada idilər, yaxud haraya baxırdılar? Yaxşı sualdır, cavab isə bəllidir – riyakarlıq, ikili standartlar və s.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər