İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2058008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, sentyabrın 26-da AZ2058008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, sentyabrın 26-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 952.45 manat təşkil edir. Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 952,45 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2058008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 952,45 manat olması nəzərə alınmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]