İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi artmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Cari ilin on ayında istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 47,6 milyard manata çatmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki,
bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz, qeyri-neft sektorunda isə 9,8 faiz artmışdır.
ÜDM-in həcmində yaranmış əlavə dəyərin 46,3 faizi sənayedə, 12,1 faizi tikintidə, 7,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 13,3 faizi isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşmüşdür.
Cari ilin on ayında 2012-ci ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 25,2 faiz, nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,7 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,6 faiz, sosial və digər xidmət sahələrində 3,8 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]