İrakli Kobaxidze: Heç kimə Gürcüstanda hər hansı inqilabi planı həyata keçirməyə imkan verməyəcəyik
Tbilisi, 29 sentyabr, AZƏRTAC
“Biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı həyata keçirməyə imkan verməyəcəyik. Necə ki, son 13 ildə uğursuz inqilab cəhdləri olub, bu il də belə olacaq”.
AZƏRTAC xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısı qeyd edib ki, xarici kəşfiyyat orqanları sınanmış üsullarla işləyirlər.
“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri stimullaşdırmaqdır. Təbii ki, biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirməyə imkan verməyəcəyik”, – deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]