İRAN İSLAM RESPUBLİKASININ VİTSE-PREZİDENTİ SEYİD MƏHƏMMƏDƏLİ ƏBTƏHİ BAKIYA GƏLMİŞDİR
İran İslam Respublikasının vitse-prezidenti seyid Məhəmmədəli Əbtəhinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində iştirak etmək üçün oktyabrın 31-də Bakıya gəlmişdir.
Nümayəndə heyətinə İran-Azərbaycan Parlament dostluq qrupunun sədri Əliəsğər Şerdust, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri daxildir.
Vitse-prezident seyid Məhəmmədəli Əbtəhi andiçmə mərasimi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, ikitərəfli görüşlər də keçirəcəkdir.