İrana qarşı yeni sanksiyalar tətbiq olunub
Tehran, 30 oktyabr, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Qum və İsfahan şəhərlərində fəaliyyət göstərən “Kimia Part Sivan” və “Oujрardaz Ma Do Nafar” şirkətləri ilə yanaşı, 4 fiziki şəxsin adı da sanksiyalar siyahısına əlavə edilib. Bundan başqa, Omana məxsus olan və İrandan neft daşıyan bir tankerin adı da sanksiyalar siyahısına salınıb.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, bu şirkət və şəxslər İranda pilotsuz uçuş aparatlarının istehsalında yaxından iştirak edirlər. İranın hərbi məqsədlər üçün istehsal etdiyi bu PUA-lar ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır ki, bu səbəbdən də yuxarıda adları çəkilən şirkətlər və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq olunur.
İranın Xarici İşlər Nazirliyinin buna cavab olaraq verdiyi bəyanatda isə deyilir ki, ABŞ ziddiyyətli addımlar atır. Bir tərəfdən, danışıqları davamlı olması üçün çağırışlar edir, digər tərəfdən isə sanksiyalar siyasətini davam etdirir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]