İranda terror aktı nəticəsində 11 nəfər həlak olub VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
İranda hərbi parad zamanı törədilən terror aktı qurbanlarının sayı 11 nəfərə çatıb, 30-dan çox insan yaralanıb. Zərərçəkənlər arasında uşaqlar və qadınlar da var.
AZƏRTAC İran KİV-lərinə istinadla xəbər verir ki, silahlı hücum təxminən 10 dəqiqə davam edib. Həlak olanlardan 8-i hərbçidir.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, terror aktı zamanı 20 nəfər yaralanıb, terrorçulardan 4-ü öldürülüb.
Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.
Xatırladaq ki, bu gün səhər İranın cənubunda yerləşən Əhvaz şəhərində terror aktı törədilib. Hərbi parad zamanı naməlum şəxslər ətrafdakılara atəş açıblar.