DÜNYA
İranla əlaqələrini davam etdirən daha 6 şirkət ABŞ-ın sanksiyalarına məruz qalıb
Tehran, 24 yanvar, AZƏRTAC
İranla əlaqələrini davam etdirən 6 şirkət ABŞ-ın sanksiyalarına məruz qalıb.
AZƏRTAC xəbər verir ki, şirkətlərdən biri Birləşmiş Ərəb Əmirliklərinə, digər beşi isə Çinə məxsusdur. Bunlardan başqa, ABŞ Maliyyə Nazirliyi bir nəfər iranlı iş adamının adını da sanksiyalar siyahısına salıb.
Rəsmi Vaşinqton ABŞ ilə əlaqəsi olan iranlı iş adamları və tələbələrə viza verilməsini dayandırıb.
Xatırladaq ki, ABŞ ilə İranın diplomatik əlaqələri olmadığı üçün tərəflərin razılığına əsasən, İsveçrənin İrandakı Səfirliyi ABŞ-ın maraqlarından çıxış edir. İran vətəndaşları ABŞ-a getmək üçün məhz İsveçrə səfirliyinə müraciət edib viza alırlar. Dövlət Departamenti İsveçrənin səfirliyə ABŞ-a səfər etmək üçün iranlılara viza verməməyi tapşırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]