İRAQIN BƏRPASI 100 MİLYARD DOLLARA BAŞA GƏLƏ BİLƏR
O, Bağdadda keçirilən brifinqdə demişdir: “İraqın bərpası proqramına ABŞ artıq milyardlarla dollar xərcləmişdir və onun başa çatdırılması üçün iraqlıların özləri hələ on milyardlarla dollar qoymalı olacaqlar”.
Generalın sözlərinə görə, ABŞ İraqın bərpasına, yəni evlərin, xəstəxanaların, yolların, neft obyektlərinin, elektrik stansiyalarının və digər qurğuların yenidən qurulmasına və tikintisinə 21,9 milyard ayırmağı öhdəsinə götürmüşdür. Makkoy demişdir ki, neft infrastrukturuna 1,7 milyard dollar qoyulması sayəsində indi İraq gündə 2,5 milyon barrel neft çıxarır. ABŞ-ın neftlə bağlı bütün layihələri ilin sonunadək başa çatdırılacaq və artıq bundan sonra İraq gündə 3 milyon barrel neft hasil edə biləcəkdir.
Ağ ev İraqın yeni hökumətinə aydınca anlatmışdır ki, bundan sonra o, ancaq özünə, xüsusən də, neft satışından əldə edilən gəlirlərə arxalanmalıdır.
Bundan başqa, iyunda Prezident Corc Buş İraqın qonşularını, habelə digər dövlətləri ölkənin bərpasında Bağdada daha fəal maliyyə yardımı göstərməyə çağırmışdır. Onun sözlərinə görə, İraqın bərpası məsələsinə dair 2003-cü ildə Madriddə keçirilən konfransın iştirakçıları Bağdada 13 milyard dollar ayırmağı söz vermişdilər. Bunun indiyədək cəmi 4 milyardı alınmışdır. Buş əmindir ki, “dostlar öz öhdəliklərini yerinə yetirəcəklər”.