İraqın şimalında iki sərnişin avtobusu partladılıb
Bakı, 28 iyun, AZƏRTAC
İraqın şimalındakı Kərkük şəhərində iki sərnişin avtobusunun partladılması nəticəsində ən azı bir nəfərin öldüyü və 24 adamın yaralandığı bildirilir.
AZƏRTAC Al Arabiya telekanalının saytına istinadla xəbər verir ki, iyunun 27-də axşam saatlarında sərnişinlərlə dolu olan iki avtobusa yerləşdirilmiş partlayıcı qurğular işə salınıb. Yaralılar Kərkükün xəstəxanalarına çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Yerli hakimiyyət orqanları ölü sayının artacağı ehtimalını istisna etmirlər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır. Heç bir terrorçu qruplaşma insidentə görə məsuliyyəti üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]