İrkutskda daşqın qurbanlarının sayı 18 nəfərə çatıb, 17 nəfər itkin düşüb VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, regionun başçısı Sergey Levçenko bu məlumatı özünün rəsmi Instagram səhifəsində yerləşdirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən agentliyə verilən məlumata görə, daha 17 nəfər itkin düşmüş sayılır.
Vilayətdə daşqınlara şiddətli yağışlar səbəb olub. Fəlakət zonası onlarla yaşayış məntəqəsini əhatə edib, 6,7 mindən çox yaşayış binasını su basıb. Altı rayonda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Rusiya Prezidenti Vladimir Putin ötən şənbə günü daşqın zonasına baş çəkib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]