İşçi qrup: 8 ayda qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisində azalma qeydə alınıb
Bakı, 16 sentyabr, AZƏRTAC
2023-cü ilin 8 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin çəkisində azalma müşahidə olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 251 kiloqram 481,495 qram (72,7 faiz), tiryəkin çəkisi 108 kiloqram 911,72 qram (46 faiz), həşişin çəkisi 20 kiloqram 029,443 qram (39,3 faiz), psixotrop maddələrin çəkisi 154 kiloqram 539,312 qram (48,5 faiz) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 178 kiloqram 838,75 qramını (82 faiz) marixuana təşkil edib. Onun da 3 ton 631 kiloqramı (86,9 faiz) xarici ölkə mənşəli olub, 547 kiloqramı (13,1 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]